İran parlamenti yanvarın 7-də qapalı iclasda hökumət əleyhinə aksiyaları müzakirə edib.
Fövqəladə iclası parlamentdəki islahatpərəst fraksiya çağırıb.
İclasda etirazların səbəbi araşdırılıb.
İSNA agentliyinin məlumatına görə, iclasda daxili işlər naziri, İran kışfiyyatı və təhlükəsizlik şurasının rəhbərləri də iştirak edib.
İslahatçılar iclas zamanı etirazlar yatırılarkən həbs olunanların hüquqi müdafiəsinə imkan yaradılmasını təkilf ediblər.
Ölkədə hökumətə dəstək aksiyaları isə davam etdirilir.
Bu barədə yanvarın 7-də dövlətə məxsus kütləvi informasiya vasitələri məlumat yayıb.
Dövlət mediası hökumət əleyhinə mitinlər barədə məlumat yayılmasını dayandırıblar.
İslam İnqilav Qvardiyası isə hökumət əleyhinə aksiyaların dayandırıldığını bildirir.
Yanvarın 6-da paytaxt Tehran da daxil olmaqla İranın azı 9 şəhərində etiraz aksiyaları davam etdirilib.
Azadlıq Radiosunun “Radio Fərda”xidməti yerli mənbələrdən Məşhəd, Qəzvin, Rəşd, Xomeyni və digər şəhərlərdə gecə vaxtı nümayişlər keçirilməsi barədə məlumatlar alıb.
İranda keçirilən son etiraz aksiyaları zamanı azı 22 nəfər ölüb, 1700-dən çox adam həbs edilib.