Accessibility links

İranın İnqilab Qvardiyası Tehran hücumlarına görə Səudiyyə Ərəbistanını günahlandırıb


İranın İnqilab Qvardiyası Tehran hücumlarına görə Səudiyyə Ərəbistanını günahlandırıb. Qvardiyanın bəyanatında deyilir ki, hücum terrorizmi dəstəkləyən ABŞ prezidentinin Səudiyyə rəsmiləri ilə görüşündən bir həftə sonra həyata keçirilib.

Baxmayaraq ki, hücumların məsuliyyətini İŞİD üzərinə götürüb.

Tesnim Xəbər Agentliyi iran Təcili Yardım Mərkəzinin rəhbərinə istinadən bildirir ki, son məlumatlara görə, İmam Xomeyni Məqbərəsinə və İran İslam Məclisinə terror hücumu nəticəsində 12 nəfər ölüb, 42 nəfər yaralanıb.

İranda terror hücumu
İranda terror hücumu

Ölənlərin 4-nün İŞİD terrorçusu olduğu bildirlir. Onlardan biri özünü partladıb.

***

İyunun 7-də səhər saatlarında İran parlametində atışma olub.

Tesnim Xəbər Agentliyinin məlumatına görə, bu gün səhər saatlarında İran parlamentinin təhlükəsizlik xidmətinin yerləşdiyi yerdə atəş səsləri eşidilib və təhlükəsizlik xidmətinin əməkdaşlarına atəş açılıb.

Parlamentin binasında olan Tehran millət vəkili İlyas Həzrəti İRİB Agentliyinə bildirib ki, iki nəfər “Kalaşnikov” avtomatı və bir nəfər tapança ilə silahlanmış şəxs parlamentin binasına daxil olaraq atəş açıb.

Artıq bir nəfərin atəş nəticəsində həyatını itirdiyi bildirilir.

İmam Xomeyni türbəsi önündə partlayış anı (Görüntü NTV televiziyasından götürülüb)
İmam Xomeyni türbəsi önündə partlayış anı (Görüntü NTV televiziyasından götürülüb)

Tesnim agentliyinin parlament müxbiri məclisin iclasının dayandırıldığını və deputatların binanı tərk etməsinə icazə verilmədiyini bildirib. Onun sözlərinə görə, artıq atəş səsləri dayanıb, amma silahlı şəxslər hələ yaxlanmayıb.

Bununla yanaşı, Tehranın cənubunda yerləşən İmam Xomeyni Məqbərəsinə də silahlı hücum olduğu bildirilir.

APA agentliyinin Tehran bürosunun məlumatına görə, türbədə partlayış törədilib. Kimliyi məlum olmayan şəxs üzərinə yerləşdirilən partlayıcı qurğunu türbənin qarşısında işə salıb. Məqbərəyə hücum edən iki silahlı isə tutulub. Hücum nəticəsində yaralananların olduğu bildirilir.

Parlament və türbəyə edilən hücum zamanı azı 12 nəfərin öldürüldüyü deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG