Accessibility links

İranın pop ulduzu Babək Cahanbəxş ifalarını dayandırdığını bildirib


Babək Cahanbəxş
Babək Cahanbəxş

İranın pop ulduzu Babək Cahanbəxş sentyabrda gənc qadının baş örtüyü düzgün örtmədiyi iddiası ilə polis nəzarətində olarkən ölümündən sonra başlayan etirazlar fonunda rəsmilərin onun ölkəni tərk etməsinə qadağa qoymasına görə, ifalarını dayandırdığını bildirib.

Cahanbəxş yanvarın 10-da axşam saatlarında İnstaqram səhifəsində "ölkədən çıxışa qadağa qoyulması vacib məsələ deyil, vacib odur ki, çox şeyi etmək üçün motivasiya qalmayıb" yazıb.

"Bura artıq mənim yerim deyil. Qəzəb, nifrət, ölüm və ağrı ilə dolu bu ağır atmosferdə yaşaya bilmərəm" - deyə, Cahanbəxş əlavə edib.

Sentyabrın ortalarında 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı etirazlar başlayandan bəri aktrisa Tərane Əlidoosti və rejissor Həmid Purazari də daxil olmaqla, bir neçə iranlı sənətçi və tanınmış ictimai xadim polis tərəfindən ya dindirilib, ya da həbs edilib.

Tənqid 1979-cu ildə inqilabdan sonra İslam rejiminə qarşı ən dərin çağırışlardan biri fonunda səslənib.

Bir neçə məşhur, eləcə də futbol ulduzu Əli Dayi etirazlara dəstək verdikdən sonra dindirilib. Onların pasportları müsadirə edilib.

Hərbiləşdirilmiş "Bəsic" qüvvələrinin bir üzvünün öldürülməsində əli olduğunu etiraf etdiyi üçün işgəncələrə məruz qalan 26 yaşlı aktyor Hüseyn Məhəmmədi ölüm hökmü ilə üzləşib.

İnsan haqları qruplarının bildirdiyinə görə, Əmininin ölümündən sonra İran polisinin təzyiqləri nəticəsində 500-dən çox insan ölüb. Jurnalistlər, hüquqşünaslar, fəallar, rəqəmsal hüquq müdafiəçiləri də daxil olmaqla, minlərlə insan həbs edilib.

XS
SM
MD
LG