Accessibility links

Növbəti İran Prezidentinin üzləşəcəyi 5 problem


İranda prezident seçkilərinin qalibi avqust ayında Həsən Ruhanidən vəzifəni təhvil aldıqdan sonra bir çox çətin problemlə qarşılaşacaq.

Yeddi nəfər iyunun 18-dəki səsvermədə iştirak edir, iyunun 25-də isə mümkün ikinci tur nəzərdə tutulub.

Ultra mühafizəkar İbrahim Rəisinin ən güclü rəqibləri diskvalifikasiya edildikdən sonra qalib gəlmə ehtimalı böyükdür.

Bütün namizədlər prioritetin COVID-19 pandemiyası səbəbindən zərərin artması ilə ABŞ-ın sabiq prezidenti Donald Trampın İranın nüvə sazişindən çıxmasından bəri sanksiyaların təsirinə məruz qalmış iqtisadiyyatı canlandırmaq olduğunu qəbul edir.

İranın 2015-ci ildə dünya gücləri ilə razılaşmasından sonra xarici investisiyaların axınına böyük ümidləri var idi və Tehran nüvə silahı yaratmayacağına və əldə etməyəcəyinə söz vermişdi.

Ancaq bu ümidlər 2018-ci ildə Tramp müqavilədən çəkildikdə və geniş "maksimum təzyiq" kampaniyasının bir hissəsi olaraq sanksiyaların tətbiqi və ya bərpasından boşa çıxıb.

İran milyardlarla neft gəlirini itirib və beynəlxalq maliyyə sistemindən kənarda qalıb.

Beynəlxalq Valyuta Fondu ÜDM-nin həm 2018, həm də 2019-cu ildə 6%-dən çox düşdüyünü və yalnız keçən il orta səviyyəli artıma qayıtdığını bildirib.

BVF-nin bu il üçün 39% səviyyəsində proqnozlaşdırdığı inflyasiya fonunda qiymətlər yüksəlib, işsizlik artıb, ölkə valyutası rial çöküb.

Növbəti İran prezidentinin üzləşəcəyi digər 4 probləmə isə xarici əlaqələrin inkişafı, COVID-19 pandemiyasından qurtuluş, yenidən xalqın güvənini qazanmaq və ətraf mühit problemlərinin həlli daxildir.

XS
SM
MD
LG