Accessibility links

İranlı müəllimlər 30-dan çox şəhərdə etiraz aksiyası keçirib


Teachers protest in Iran
Teachers protest in Iran

İranın 30-dan çox şəhərində yüzlərlə müəllim maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə etiraz aksiyalarına qoşulub.

Məlumatlara görə, müəllimlər paytaxt Tehranla yanaşı, İsfahan, Şiraz, Məşhəd, Rəşt, Qum və ölkənin digər şəhərlərində etiraz aksiyası keçiriblər.

Yayılan informasiyaya görə, müəllimlər hökumətin "təhsilə biganəliyi"ni tənqid edərək, həbsdə olan həmkarlarını azad etməyə çağırıblar.

İnternetdə yayılan həvəskar videolarda etirazçılardan bəziləri Tehranda "Ayağa qalx! Ayağa qalx!" şüarları səsləndirib.

Son həftələrdə müəllimlər bir neçə etiraz aksiyası keçiriblər. Təhlükəsizlik qüvvələri bəzən ağır üsullardan istifadə edərək cavab verir və bəzi iştirakçıları həbs edir.

Etirazlar ABŞ-ın sarsıdıcı sanksiyalarının və uzun illər pis idarəetmənin ölkəyə ağır zərbə vurduğu bir vaxtda inflyasiyanın yüksəlməsi fonunda keçirilir.

Ötən ay İran parlamenti bir neçə gün ölkə boyu davam edən etirazlar və İslam respublikasının təhsil sisteminə təsir edən tətildən sonra müəllimlərin maaşlarının artırılması ilə bağlı qanun qəbul edib.

Dekabrın 15-də qanunvericilərin qəbul etdiyi tədbirlər etirazçıların tələblərindən biri olan müəllimlərin universitet müəllimlərinin maaşlarının təxminən 80 faizini alacaqlarına zəmanət verir.

Dövlət İRNA xəbər agentliyinin verdiyi məlumata görə, təhsil naziri Yusif Nuri son illərdə dəfələrlə parlamentə təqdim edilən, lakin qəbul oluna bilməyən qanunun təsdiqindən sonra tezliklə həyata keçiriləcəyini vəd edib.

XS
SM
MD
LG