Accessibility links

İranda 3700-ə qədər etirazçı həbs edilib


İranın millət vəkilinin bildirdiyinə görə, ölkə boyu hökumətə qarşı baş qaldıran etirazlar zamanı 3700-ə qədər insanın həbs edilib.

Eyni zamanda Amnesty International İran rəsmilərini iki həftə davam edən etiraz aksiyaları zamanı həbs edilən və 5 nəfərin həbsxanada vəfati ilə bağlı dərhal araşdırmalara çağırıb.

İran qanunvericisi 22 yaşlıdaha bir etirazçının bazar ertəsi həbsxanada öldüyünü bildirib.

Etirazçının ölüm səbəbi ilə bağlı detallı məlumat verilməyib. Lakin iddia edildiyinə görə, həbsxanada ölüm hadisələrinə həbs edilən və ya dissident hesab edilənlərə qarşı hakimiyyətin qəddar rəftarı və divan tutulması səbəb olub.

XS
SM
MD
LG