Accessibility links

İran: Polislərlə qarşıdurmalar artıb, atəş səsləri gəlir [Video]


İran: Polislərlə qarşıdurmalar artıb, atəş səsləri gəlir
please wait

No media source currently available

0:00 0:02:21 0:00

İranda hökumətdə korrupsiya və iqtisadiyyatın pis idarəçiliyindən şikayət edən etirazçıların aksiyaları 6-cı gündür davam edir. Söz azadlığını dəstəklədiklərini demələrinə baxmayaraq, İran rəsmiləri social mediada bəzi şəbəkələri blok edib. İran hökuməti ictimai əmlakı dağıdanların bunun nəticələri ilə qarşılaşacaqları haqda xəbərdarlıq edib.

Bu, İslam Respublikasında 2009-cu ildə mübahisəli prezident seçkilərinin ardınca keçirilmiş kütləvi nümayişlərdən bəri hökumətə qarşı minlərlə etirazçının iştirak etdiyi ən böyük aksiyalardır.

İranın media xəbərlərini güclü nəzarətdə saxlamasına baxmayaraq, Amerikanın Səsinin Fars şöbəsi Twitter səhifəsinə yüklənən videoların həqiqi olduğunu təsdiqləyib. Bu görüntülərdə etirazçıların yürüşü, nümayişçilərin polis maşınını silkələdiyi göstərilir, atəş səsləri eşidilir. Etirazçılar eləcə də Nuradan şəhərindəki polis postunu yandırıb.

Bütün bu nümayişlərin əsasını isə İslam Respublikasından narazılıq təşkil edir. Şərhçi Nigar Murtazavi: “İnsanlar çox qəzəblidir. Onların qəzəbi iqtisadi və siyasi vəziyyət, korrupsiya və pis idarəetməyə qarşıdır. Bunlar radikallaşma üçün əsas yaradır. Biz bunu nümayişlərdə görürük. Şüarlar radikaldır, təhlükəsizlik qüvvələri ilə toqquşma kimi zorakılıqlar baş verir. Belə görünür, bu zorakılıqlar davam edəcək.”

İlkin məlumatlarda bu etirazların yanacaq və ərzaq qiymətlərinin qalxmasına görə olduğu deyilirdi, lakin bəziləri bunun səbəbinin daha dərin olduğunu söyləyir. Nigar Murtazavi:“ Bunun əsas səbəbi inflyasiya zamanı qiymətlərin qalxması və əmək haqqının artırılmaması, xüsusilə də nüvə müqaviləsindən sonra verilən vədlərin yerinə yetirilməməsidir”.

İranlıların çoxu nüvə müqaviləsindən sonra maliyyə vəziyyətinin yaxşılaşacağına ümid edirdi. “Siz qocalar əllərinizi qaldırıb bizi məhv etdiniz. İndi isə biz gənclərə əllərimizi qaldırırıq. Kişi olun və qarşımıza çıxın! Çıxın, biz buradayıq!” deyə, etirazçı qadın bildirir.

Keçən bazar günü onlarla insan İranda nümayişçilərə dəstək və İslam Respublikasına etiraz bildirmək məqsədilə Vaşinqtonda Ağ Evin qarşısına toplaşdı.

Prezident Donald Tramp isə Twitter səhifəsində İran hökumətinin iflasa uğradığını, adi iranlıların isə ərzağa, azadlığa və insan haqlarına ehtiyacı olduğunu yazıb.

XS
SM
MD
LG