Accessibility links

İran şəhərlərində davam edən etirazlar zorakılıqlarla müşayiət edilir [Video]


İran şəhərlərində davam edən etirazlar zorakılıqlarla müşayiət edilir
please wait

No media source currently available

0:00 0:02:26 0:00

İran prezidenti Həsən Ruhani deyib ki, İran xalqını terrorçularla müqayisə edən Birləşmiş Ştatlar prezidenti Donald Trampın bu xalqa səmimiyyət göstərməyə haqqı yoxdur. Tramp İran hökumətinin iqtisadi siyasətinə qarşı çıxaraq, yürüşlər təşkil edən etirazçıları alqışlayıb.

Artıq 5-ci gündür İran şəhərlərində davam edən etirazlar zorakılıqlarla müşayiət edilir. İran hökumətinə qarşı etiraz aksiyaları ölkə boyu yayılmaqda davam edir. Etirazlar şimal-şərqdə iqtisadi çətinliklərə və yüksələn qiymətlərə görə dinc yolla başlayıb. Lakin getdikcə genişləndikdən sonra bəzi mitinqlərdə dini rejimə son qoyulmasına çağırılıb.

İran prezidenti Həsən Ruhani bazar günü etdiyi çıxışı zamanı insanların etiraz bildirməyə və hökuməti tənqid etməyə haqqı olduğunu deyib. Lakin Nazirlər Kabinetinin iclasında Ruhani ictimai iğtişaşlar və dövlət əmlakının dağıdılmasının qəbuledilməz olduğunu bildirib.Hökumət bəzi qrupların şəxsi əmlakların məhv edilməsinə, ictimai qaydaların pozulmasına və kütləvi iğtişaşlara yol verməyəcək. Bizim xalq da belə hərəkətlərə qarşı çıxacaq” deyə, Ruhani bildirib.

Bu nümayişlər 2009-cu ildə Əhmədinejadın yenidən prezident seçilməsindən sonra baş verən Yaşıl Hərəkatdan bəri İran İslam Respublikasında keçirilən ən böyük nümayişdır.

İran hökuməti foto-şəkillərin paylaşıldığı Instagram və mesajların bölüşüldüyü Telegram kimi populyar applikasiyalara çıxışı bloklayıb. İranın daxili işlər nazirinin sözlərinə görə, təhlükəsizlik qüvvələri İranın düşmənləri ilə əlaqəli nümayişçiləri müəyyənləşdirib və onlar mütəmadi olaraq təqib olunacaqlar. İranın daxili işlər naziri Əbdülrza Rəhmani: “Onlar kiber-kosmik sahədən istifadə edərək, zorakılığa, sistemli şəkildə böhrana, silah və partlayıcı maddələr hazırlanmasına çağırdılar, nümayişçilərdə polisə qarşı çıxmağı təşviq etdilər və evlərin və mağazaların yandırılmasını təşviq etdilər. Bu şəxslər, əlbəttə ki, İran xalqının bir hissəsi deyil."

Xaricdə yaşayan iranlılar da həmvətənlərinə dəstək olub. Birləşmiş Ştatlar prezidenti Donald Tramp İranda etiraz nümayişlərinin başladığı vaxtdan bəri özünün Twitter sosial şəbəkəsində mesajlarla çıxış edib. O, İran xalqının pullarının oğurlandığını və terrorun əleyhinə olduğunu gördüyünü yazıb.

İran prezidenti Ruhani isə ABŞ prezidentinin İran xalqına səmimiyyət göstərməyə haqqı olmadığını deyib. “Bir neçə ay əvvəl İran xalqını terrorçu adlandıran bu amerikalı kişi indi bizim xalqımıza səmimiyyət göstərmək istəyir.”

Tramp ABŞ da daxil edilməklə, İranın 6 ölkə ilə imzaladığı nüvə sazişinin kəskin tənqidçisidir.

XS
SM
MD
LG