Accessibility links

İranda Qüds yürüşü


İranda fələstinlilərlə həmrəylik nümayiş etdirilib.

Yüz minlərlə insan Tehranda təşkil edilən yürüşə qatılıb. Əllərində öldürülən fələstinli uşaqların şəkillərini tutan nümayişçilər “İsrailə ölüm” və “Amerikaya ölüm” kimi şüarlar səsləndirib.

Aksiya iştirakçıları İsrail və ABŞ bayraqlarını yandırıb, xarici hökumətləri İsrailin bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirdikləri əməllərini dəstəkləməkdə ittiham edib.

Qüds yürüşündə oxunan bəyanatda deyilir ki, səsinizi ucaldın. “Sakit durmaq İsrailin sionist rejiminin fələstinlilərin soyqırımını dəstəkləmək deməkdir. “

Dövlət mediasının məlumatına görə, Qüds günü münasibəti ilə milyonlarla insan ölkə boyu nümyişlərdə iştirak edib.

Tehran Universitetində təşkil edilən dua mərasimində Ayətulla Əhməd Xatəmi deyib ki, dünya İsrail əleyhinə birləşməlidir. O bildirib ki, müsəlmanlar rejimə qarşı əl birliyinə nail olmalıdır.

Qüds günü İslam İnqilabının banisi Ayətulla Ruhulla Xomeyni tərəfindən Fələstinə dəstək məqsədi ilə təsis edilib.

Qüds günü İranın ali ruhani rəhbəri Ayətulla Ruhulla Xomeyni tərəfindən Fələstinə dəstək məqsədi ilə təsis edilib.

İran hökuməti İsrailin Qəzzaya hücumlarını pisləyərək, Həmasa dəstək verilməsinə çağırıb.

İran hökuməti İsraili rəsmən tanımaqdan imtina edir.

İsrail və ABŞ İranı Həması silahla təmin etməkdə günahlandırır.

XS
SM
MD
LG