Accessibility links

Məhəmməd Cavad Zərif: İran raket sınağını özünümüdafiə məqsədi ilə həyata keçirib


İranın xarici işlər naziri ölkəsinin son raket sınağının nüvə razılığının şərtlərini pozmadığını bildirib.

Məhəmməd Cavad Zərif Avstraliyada səfərdə ikən bildirib ki, İran raket sınağını nüvə başlıqlarının daşınması üçün deyil, özünümüdafiə məqsədi ilə həyata keçirib.

Raket sınağı BMT-nin iyul ayı qətnaməsinə ziddir

Nazirin dedikləri ABŞ-ın BMT-dəki səfiri Samanta Pauerin raket sınağını regionda təhlükəli, təhrikçi və sabitsizləşdirmə cəhdi kimi qiymətləndirməsinin ardınca səslənib.

Rəsmi Vaşinqton raket sınağını BMT-nin iyul ayı qətnaməsinə zidd adlandırıb.

Dövlət Departamentinin sözçüsü Con Kirbi deyib ki, sınağın qətnaməyə zidd olduğuna dair şübhəmiz yoxdur.

BMT-nin İrana qarşı sanksiyalar tətbiqinə dair Rusiyanın BMT-səki səfiri Vitali Çurkin “yox” deyə cavab verib. Müxbirlərin suallarını cavablandıran səfir bildirib ki, sınaqlar keçirməklə İran BMT-nin qətnaməsinin şərtlərini pozmayıb.

Britaniyanın BMT-dəki səfiri Metyu Rikroft BMT-nin Təhlükəsizlik Şurasının dünən keçirdiyi toplantısının məsələ ilə bağlı ilk addım və şuranın müxtəlif varizantları nəzərdən keçirməli olduğunu deyib.

Israil səfiri isə BMT-nin snaqla bağlı əhatəli təhqiqat aparmalı olduğunu bildirib.

XS
SM
MD
LG