Accessibility links

İran rəsmisi: “Türk dilini qəbul edən azərilərin mədəniyyəti primitivliklə əvəz edilib”


Ali Muallim Damghani
Ali Muallim Damghani

“Böyük kədər budur ki, heç bir zaman Türk soylu olmayan Azərilər qonaq ellərin dilinə məğlub olduqları üzündən mədəniyyətdən sonra gələn vəhşilikçölçülüyü mənimsəyiblər,” deyə İran İncəsənət Akademiyasının başqanı Əli Müəllim Damğani Azərbaycan əhalisinin türkcədən öncə azəri dilində danışdığını və türklərin qələbəsi nəticəsində azəri mədəniyyətinin yerinə vəhşilik və primitivliyin gətirildiyini iddia edib.

İran rəsmisi bu sözləri Azərbaycan Respublikasında şair Nizami Gəncəvinin türbəsində türkcə kitabələrin yerləşdirilməsinə etiraz olaraq yayımladığı yazıda qeyd edib. Yazını İran İncəsənət Akademiyasının rəsmi veb səhifəsi yayıb.

Azərbaycan veb səhifələri Müəllim Damğaninin sözlərini açıq irqçilik kimi qiymətləndirib.

Güneyli fəlsəfəçi və türkdilli Yarpaq qəzetinin baş redaktoru Eyvaz Taha öz facebook səhifəsində digər güneyli ziyalılara təklif edib ki, İran hökümətinə müraciət edərək Akademiya başqanının vəzifədən çıxarılması tələb edilsin.

Əli Damğani yazısında həmçinin əlavə edib ki, “onlar Nizamini türk və bəlkə də qeyri-müsəlman hesab edir ki, kitabələrin əlıfbasını da islam əlifbasından kiril əlifbasına dəyişirlər.”

Azərbaycan mediasının yaydığı məlumata istinadən kitabələrdə şeirlərin kiril deyil, latin əlifbasında yazıldığı bildirilir. “Ərəb-fars dili Azərbaycanda işlənmir və Nizami Gəncəvi məqbərəsində onun əsərlərdən gətirilən müxtəlif beytlərin latin əlifbasında verilməsi artıq bir zərurətdir,” -deyə Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri millət vəkili Nizami Cəfərov ANS televiziyasına müsahibəsi zamanı vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG