Accessibility links

İranda həbs edilən Amerika jurnalistinə qarşı hökm çıxarılıb


İran mediasının xəbərlərində məhkəmənin 15 ay bundan əvvəl casusluq və digər ittihamlar irəli sürülərək həbs edilən Amerika-İran ikili vətəndaşlığı olan Washington Post-un müxbiri Ceyson Rezaiana qarşı hökm çıxardığı deyilsə də, hökm barədə detallı məlumat verilməyib.

Məhkəmə sözçüsü Qulamhüseyn Möhsüni Eceyi qərarın apellyasiyaya verilə biləcəyini bildirib.

Washington Post qəzetinin müxbiri Rezaian 2014-cü ilin iyul ayında həbs edilənədək, həyat yoldaşı Yeganə Salehi və digər iki nəfərlə birlikdə İranda 2012-ci ildən bəri işləyirdi. Lakin İranda jurnalist kimi fəaliyyət göstərən Yeganə Salehi azad edilib, həyat yoldaşı Rezaian isə həbsdə saxlanılıb.

Washington Post qəzetinin icraçı redaktoru Martin Baron İranı Rezaianın tez bir zamanda azad edilməsinə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG