Washington Post-un müxbiri Ceyson Rezayanın vəkili bildirib ki, Tehran məhkəməsi bu gün bağlı qapılar arxasında sonuncu dinləmələr keçirdikdən bir həftə sonra İranda casusluqda ittiham edilən Ceyson barədə yekun məhkəmə qərar çıxarmalıdır.
Vəkil Leyla Aşan may ayından bəri keçirilən dördcü dinləmədən sonra çıxış edib.
Rezayan 2014-cü ilin iyulunda müxbir həyat yoldaşı Yeganə Salehi ilə birgə həbs edilib və rəsmi ittihamlar irəli sürülmədən aylarla həbsdə saxlanılıb. Bir qədər sonra ona qarşı casusluq və düşmən ölkə ilə əlaqə ittihamları irəli sürülüb.
Washington Post, ABŞ rəsmiləri və beynəlxalq mətbuat azadlığı qrupları hər biri davamlı şəkildə ittihamları tənqid edib və Rezayanın günahsız olduğuna təkid edib.
ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner mətbuat brifinqində müxbirlərə deyib ki, Birləşmiş Ştatlar Rezayanı və İranda həbsdə olan digər amerikalıların sərbəst buraxılmasına çağırışları davam etdirir.
Digər iki amerikalı, Səyid Abedini və Əmir Hekmati bir neçə ildir ki, İranda həbsdə saxlanılır.