İran İslam inqilabının 32-ci ildöünümü münasibətilə keçirilən təntənələrin bir hissəsi olaraq yeni raketlər və peykləri təqdim edəcək. Müdafiə anziri Əhməd Vahidi bildirib ki, İranın fəza texnologiyaları sahəsində yeni nailiyətlərinə Səfir 1-B və Kəvoşgər 4 tupli raketlər, habelə Rəsəd və Fəcr peykləri daxildir. Vahidi deyib ki, Səfir 1-B raketi 50 kiloqramlıq peyki 300 kilometrdən 450 kilometrə qədər orbitə çıxarmaq qabiliyyətinə malikdir. İran prezident Mahmud Əhmədinejad isə bazar günü yeni fəza araşdırma və təlim mərkəzinin açılışında olub. Çərşənbə axşamı günü İranda islam inqilabının 32-ci ildünümü münasibətilə 10 günlük təntənələr başlayır.