Accessibility links

İran rəsmiləri diplomatların qaçışına reaksiya verir


İran rəsmiləri diplomatların qaçışına reaksiya verir
İran rəsmiləri diplomatların qaçışına reaksiya verir

İran hökuməti bildirir ki, Qərbdə siyasi sığınacaq almış iki diplomatı bunu şəxsi məişət səbəblərinə görə ediblər. İranın xarici işlər nazirliyinin sözçüsü Ramin Mehmanpərəst mətbuat konfransında bildirib ki, heç kəs bu adamların siyasi motivlərdən çıxış etdiyinə inanmır. İki İran diplomatı bu ayın əvvəlində hökumətin prezident Mahmud Əhmədinejadın yenidən seçilməsnə etraz edən nümayişçilərə divan tutmasına etiraz edərək postlarını tərk ediblər. İranın Brüsseldəki diplomatı işini tərk edərək Norvecdə sığınacaq istəyəcəyini deyib. Finlandiyadakı səfirlikdə çalışan Hüseyn Əlizadə də siyasi sığınacaq üçün müraciət edəcəyini söyləyib.

XS
SM
MD
LG