Accessibility links

Həsən Ruhani: Deyilən sözlər çirkinlik və cəhaləti əks etdirir


İran prezidenti BMT-nin Baş Assambleyasındakı çıxışında Tehranın heç kimin təhdidlərini qəbul etmədiyini və Trampın şikayətlərindən danışmadan deyilən sözlərin çirkinlik və cəhaləti əks etdirdiyini bildirib.

Həsən Ruhani nüvə razılığının siyasi dünyaya yenicə qədəm qoyan yaramaz liderlərin dağıtdığını və onların heç bir zaman İranı inkişaf və irəliləyiş yolundan geri çəkə bilməyəcəyini deyib.

"İran razılığa əməl etməyən ilk ölkə olmayacaq. Lakin rəsmi Tehran razılığa əməl etməyən hər bir tərəfə qarşı qətiyyətlə cavab verəcək. ABŞ-ın beynəlxalq öhdəliklərə əməl etməyən yeni administrasiyası yalnız öz etibarına xələl gətirir” - deyə İranın dövlət başçısı bildirib.

Nyu Yorkda BMT-nin baş qərargahında çıxışında Tramp deyib ki, dünya “yaramaz” ölkələr və “terroçular və ekstremistlər” tərəfindən dağıdıcı təhlükələrə məruz qalır.

“Yaramaz ölkələr nəinki terroçulara dəstək verir, onlar həm də insanlığa məlum olan ən dağıdıcı silahlarla ölkələrə təhlükə yaradır”, Tramp nüvə silahlarını nəzərdə tuturaq bildirib.

O, Tehranın zorakılıq, qan axıdılması və xaos yaratmaqda günahlandırıb.

ABŞ prezidenti bu gün İranla nüvə sazişindən çıxıb-çıxmamaqla bağlı qərar qəbul etdiyini deyib.

Donald Tramp qərarını açıqlamayıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Twitter hesabınra Trampın çıxışısını nifrət zəminində cəhalət kimi qiymətləndirərək, çıxışın 21-ci əsrdə BMT-də deyil, orta asirlərə səsləndirilməli olduğunu yazıb.

XS
SM
MD
LG