Accessibility links

İran Parlamenti: Koronavirusdan ölənlərin sayı rəsmi olaraq göstərilənlərdən iki dəfə çoxdur


İran parlamentinin açıqladığı hesabatda tənəffüs problemi olanların hamısının testdən keçməməsi səbəbindən ölkədə koronavirus pandemiyasından ölənlərin sayının rəsmi olaraq göstərilən rəqəmlərdən təxminən iki dəfə çox olduğu deyilib.

İranın səhiyyə rəsmiləri İslam Respublikası hökumətinin yalnış olduğu dediyi və beynəlxalq mütəxəssislərin əvvəldən şübhə altına aldığı rəqəmlərlə bağlı hesabat barədə heç bir şərh verməyib. İran çərşənbə günü təsdiqlənmiş virus hallarının 76.389-a çatdığını və onlardan 4.777 nəfərin öldüyünü bildirib.

Çərşənbə axşamı açıqlanan hesabat İran prezidenti Həsən Ruhaninin ABŞ sanksiyalarının hədəf Aldığı ölkə iqtisadiyyatının yenidən yavaş-yavaş işə düşməsini istədiyi vaxta təsadüf edir. İranın özünün Ümumdünya Səhiyyə Təşkilatına təqdim etdiyi rəqəmlər yanlışdırsa, insanları işə qayıtmağa təşviq etmək virusun ikinci dalğasına səbəb ola bilər.

"Protokolla təxmin edilən statistika arasında uyğunluğun olması üçün ölkədə laboratoriya və test imkanlarını artırmaq lazımdır. Bu imkanları artırmaqla xəstəliyin diaqnozu mümkün olacaq və xəstəliyin yayılmasının qarşısı alına biləcək" - deyə, hesabatda bildirilib.

İranın Parlament Araşdrmaları Mərkəzinin 46 səhifəlik hesabatı onlayn dərc edilib. Hesabat heç bir partiyaya mənsub olmayan ekspertlər tərəfindən hazırlanıb.

Sərt-xətt tərəfdarları artıq prezident Ruhani və onun administrasiyasının koronavirusla mübarizə səylərini tənqid edib. ABŞ prezidenti Donald Trampın 2015-ci il nüvə sazişindən birtərəfli çıxmasından sonra administarasiyaya münasibət onsuz da yaxşı deyildi.

Bu ittihamlar hesabatın 6-cı səhifəsindəki qeydlərdə yer alıb. Orada Səhiyyə Nazirliyinin hesablamalarının yaınız xəstəxanalarda ölənləri və testlərə müsbət cavab verənləri əhatə etdiyi bildirilib.

Hesabatda evlərdə ölənlərin sayının nəzərə alınmadığı bildirilir. Sənəddə İranda testlərin zəif aparıldığı qeyd edilir. Ekspretlər digər ölçülərin də qaçırılmış ola biləcəyini deyir.

Hesabatda ölənlərin sayının deyilənlərdən 80 faiz artıq ola biləcəyi də bildirilir. Orada həmçinin qeyd edilib ki, müsbət hallar və kifayət qədər testlərin aparılmadığı nəzərə alınarsa, koronavirusa yoluxmuş insanların sayı çox ehtimal ki, bildirilən rəqəmlərdən 8-10 dəfə çoxdur.

Hesabatdakı məlumatlar doğrudursa, orada qeyd olunan rəqəmlərə əsasən, İranda ölüm halları 8,500-dən, umumi yoluxma halları isə 760.000-dən yuxarı ola bilər. Bununla da İran dünyada ən çox infeksiyaya yoluxma hallarının olduğu ölkəyə çevrilə bilər.

XS
SM
MD
LG