Accessibility links

İran ABŞ-la gərginliklərə dair ziddiyyətli mesajlar verir


Birləşmiş Ştatlarla gərginlik bir az səngiyi kimi göründüyü üçün cümə axşamı İran qarışıq siqnallar göndərib. Prezident Həsən Ruhani Birləşmiş Ştatlar "daha bir səhv" edəcəyi təqdirdə, daha sərt intiqam alacağına söz verib.

Çərşənbə günü İranın Amerika ordusunun İraqdakı həfbi bazalarına ballistik raketlər atmasından və ABŞ əsgərləri arasında tki olmamasından sonra belə görünür tərəflər geri addım atıb. İran bu hücumla həftənin əvvəlində İraqdakı regional təhlükəsizlik strategiyasının memarı, general Qasım Süleymaninin ölümünə cavab olaraq Amerikadan qisas aldığını deyib.

Ruhani raket hücumlarının BMT Nizamnaməsinə əsasən qanuni bir özünümüdafiə aktı olduğunu, lakin Birləşmiş Ştatlar başqa bir səhv edərsə, çox təhlükəli cavab alacağı barədə xəbərdarlıq edib.

Raket hücumundan əlavə İran 2015-ci il nüvə sazişinin şərtlərinə əməl etməkdən imtina edib. Tramp həmin sazışdən 1018-ci ilin may ayında çıxıb. Ruhani isə deyib ki, İran BMT müfəttişləri ilə əməkdaşlığı davam etdirəcək.

İranın yüksək rütbəli ordu komandirləri isə daha sərt çıxışlar edib.

Yarı-rəsmi Təsnim xəbər agentliyinin bildirdiyinə görə, İranın müştərək qərargahlar rəislərindən biri olan Abdulla Araqi İnqilab Keşikçilərinin yaxın gələcəkdə düşməndən daha sərt qisas alacağını deyib.

Təsnim agentliyi qvardiya komandiri vəzifəsini icra edən general Əli Fədavinin də raket hücumunun bacarıqlarımızın təzahürlərindən biri olduğunu dediyini bildirib. "Biz ABŞ-ın İraqdakı bazalarının ürəyinə onlarla raket atdıq və onlar heç nə edə bilmədilər" deyib, Fədavi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG