Accessibility links

Ruhani: İran uran zənginləşdirilməsi məhdudiyyətlərinə əməl etməyəcək


İran prezidenti Həsən Ruhani çərşənbə günü bəyan edib ki, ölkəsi uran zənginləşdirilməsi və ağır su istehsalına tətbiq edilən məhdudiyyətlərə əməl etməyəcək. Məhdudiyyətlər 2015-ci il İranla əldə edilən nüvə sazişinə əsasən tətbiq edilmişdi.

Ruhani deyib ki, ABŞ sazişdən çıxmaq və Tehrana sanksiyalar tətbiq etməklə öz öhdəliyinə sadiq qalmayb, sazişə imza atalar isə mövqelərini tərk etməsələr də, ABŞ-a sanksiyaların tətbiqinə yol verməklə, İranın neft və bank sektorunu çökdürməsinə imkan yaradıblar.

O, dəyişikliklərə 60 gün vaxt verildiyini və İranın gələcəkdə uran zənginləşdirilməsini daha yüksək səviyyyəyə qaldıracağını bildirib.

Ağır su nüvə başlıqları üçün yanacaq kimi istifadə edilən pluton istehsalında mühüm elementdir.

ABŞ sanksiya güzətlərini ləğv etməklə, İrana 300 kq-lıq məhdudiyyət tətbiq edib.

İran Vaşinqtonun aşağı səviyyəli uran zənginləşdirilməsinin dayandırılması tələblərini rədd edərək, bundan elektrik istehsalı üçün istifadə edildiyini bildirir.

İndiyədək İranın Natanza nüvə obyektində əldə edilən uranın 300 kq-lıq limitə çatmadan Rusiyaya göndərməsi imkanı var idi.

ABŞ bundan əlavə sanksiya güzəştləri olmayacağını bildirərək, İranın Arak obyektində istehsal edilən ağır suyun Omanda saxlanması üçün məhdidiyyəti 300 ton elan edib.

XS
SM
MD
LG