Rusiya və İran bu yaxınlarda İranla nüvə danışıqlarının bərpa olunmamasının təhlükələri barədə xəbərdarlıq edib.
Onların hər biri ayrı-ayrılıqda deyib ki, Qərb ölkələri İrandakı insan haqları ilə bağlı son etirazlardan və Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra danışıqları bərpa etməkdə həvəsli görünmür.
Vyanada yerləşən Beynəlxalq Atom Enerjisi Agentliyi uzun müddətdir İrandan üç obyektində aşkar edilmiş və bəyan edilməmiş süni uran barədə izah tələb etsə də, İran bunu etməyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə axşamı Moskvanın ABŞ və müttəfiqlərinin İranla razılaşma əldə etməsini dəstəklədiyini deyib. Onun Rusiya dövlət mediasına dediyinə görə, İranla nüvə sazişinin əldə olunmaması gərginliyin artmasına, silahlanma yarışına və geri dönməz nəticələri olan açıq münaqişəyə gətirib çıxaracaq.
Rusiya Birgə Hərtərəfli Fəaliyyət Planını canlandırmaq səylərində rol oynasa da, Rusiyanın Ukraynaya təcavüzündən sonra Moskva ilə Tehran arasında əlaqələr daha da möhkəmlənib.
Bu yaxınlarda Oman səfərindən qayıdan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib ki, İranla razılığa gəlmək üçün pəncərə həmişə açıq olmayacaq.
Bu yaxınlarda Oman səfərindən qayıdan İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian deyib ki, İranla razılığa gəlmək üçün pəncərə həmişə açıq olmayacaq.
Oman İran və ABŞ arasında vasitəçi rolunu oynayıb. Lakin Omanın yeni sultanının Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) ilə bağlı İrana ismarıc verib-vermədiyi məlum deyil.
“Bizim fikrimizcə, hazırda İranla nüvə danışıqlarının bərpası üçün heç bir əlamət və ya səbəb yoxdur” - deyə, Almaniyanın Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.