Accessibility links

İran Amerikanın 9 şəxsi və şirkətinə qarşı sanksiya tətbiq edəcəyini bəyan edib


İran ABŞ-ın qəbuledilməz və qeyri-qanuni adlandırdığı yeni sanksiyalarına cavab olaraq Amerikanın 9 şəxsi və şirkətinə qarşı sanksiya tətbiq edəcəyini bəyan edib.

İranın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, sanksiyaya məruz qalan şəxslər və şirkətlər İsrailə birgə fələstinlilərin birbaşa və dolayı yollarla insan haqlarını pozub və terrorizmi dəstəkləyib. Onların adlarının daha sonra açıqlanacağı bəyan edilib.

ABŞ sanksiyaları

ABŞ-ın Maliyyə Nazirliyi İranın iki müdafiə rəsmisi, şirkətlər və Çində yerləşən şəbəkənin üzvlərinə qarşı sanksiyaların tətbiqini dünən elan edib.

Yaxın Şərq üzrə nümayəndə Stüart Cons deyib ki, İranın raket proqramı BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir.

“İran nüvə silahları əldə edilməsi üçün fəaliyyətlərini davam etdirir”, Cons bildirib.

İnsan hüquqları

ABŞ Dövlət Departamenti İranda insan haqlarının durumu ilə bağlı son hesabatında o ölkəni kəskin tənqid edib.

Cons deyib ki, İran insan haqları pozuntularınına görə cavabdehdir.

“Arbitrar şəkildə insanların həbsi, fiziki təzyiqlər, işgəncələr, qətllər də daxil edilməklə, İran rejimi illərdir öz xalqı və xaricilərin insan haqlarını kobur şəkildə pozur. Bu davranışa son qoyulmalıdır” - deyə, diplomat bildirib.

Cons İranı həbsdə saxladığı amerikalıların dərhal azadlığa buraxılmasına çağırıb.

XS
SM
MD
LG