Accessibility links

Həsən Ruhani: “İran sazişi yenidən razılaşdırıla bilməz” [Video]


Həsən Ruhani: “İran sazişi yenidən razılaşdırıla bilməz”
please wait

No media source currently available

0:00 0:02:20 0:00

İran prezidenti Həsən Ruhanı dünya liderlərinə bildirib ki, nüvə sazişi bir və ya iki ölkəyə yox, bütöv beynəlxalq icmaya məxsusdur.

“Mən sizin qarşınızda bəyan edirəm ki, İran İslam Respublikası sazişi pozan ilk ölkə olmayacaq. Lakin rəsmi Tehran razılığa əməl etməyən hər bir tərəfə qarşı qətiyyətlə cavab verəcək. Bu razılığın dünya siyasətinə yenicə qoşulan şəxslər tərəfindən məhv edilməsi təəssüfedici olardı.”

Ruhaninin bu sözləri prezident Trampa ünvanlanırdı. Tramp öncəki gün dünya liderlərinə demişdi ki, İranın nüvə silahının inkişaf etdirməsini dayandırması əvəzinə iqtisadi sanksiyaların qaldırılması ilə bağlı saziş ABŞ-ın tarixində iştirak etdiyi ən pis sazişdir.

Donald Tramp: “Açığı, o saziş ABŞ üçün rüsvayçılıqdır və inandırıram sizi, məsələ bununla bitməyəcək.”

Prezident Tramp çərşənbə günü deyib ki, o İran sazişi ilə bağlı qərarını artıq verib.

Donald Tramp: "Mən qərar vermişəm."

Müxbirlər: "Qalacaqsınız, ya çıxacaqsınız?"

Donald Tramp: "Qərar vermişəm. Xəbər edəcəm sizə."

Uzun çəkən danışıqlarda iştirak edən digər beş qüdrətli ölkə sazişi qüvvədə saxlamaq istəyirlər.

Emanuel Makron: “Sazişdən geri dönmək böyük bir yanlışlıq olardı. Onu qüvvədə saxlamamaq bizim üçün məsuliyyətsizlik olardı, çünki bu yaxşı sazişdir. Həmin saziş indiki çətin zamanda sülhün saxlanılması üçün olduqca əhəmiyyətlidir.”

Mətbuat konfransında prezident Ruhani əmin etdi ki, İran sazişin pozulmasını istəmir. O həm də əlavə etdi ki, sazişə heç bir düzəliş edilməməlidir:

"Bu saziş nəhəng bir bina kimidir. Onun kiçik bir kərpicini yerindən çıxartsan, bütün bina uça bilər.”

Amma o, ABŞ-ın sazişdən çıxacağı halda razılaşmanın tamamilə dəyişə biləcəyini xəbərdarlıq etdi.

“Kimsə bu sazişdən çıxacaqsa, öhdəliklərindən geri çəkiləcəksə və sazişi pozacaqsa, bu o anlama gələcək ki, biz öz ölkəmizin maraqlarına uyğun addım atmaqda sərbəst olacayıq.”

Sazişin pozula biləcəyi ilə bağlı riskləri nəzərə alan Nyu-Yorkda toplaşan liderlər Tramp administrasiyasına sazişin qüvvədə qalmasının əhəmiyyətini çatdırmağa çalışırlar.

XS
SM
MD
LG