Accessibility links

İranın Təhsil Nazirliyi hicab qaydalarını pozanların təhsil ocaqlarına buraxılmayacağını bildirir


İranın Təhsil Nazirliyi kütləvi iğtişaşlar fonunda hökumətin qaydaları sərtləşdirməyə davam etdirdiyi bir vaxt məktəb və universitetlərdə geyim qaydalarına əməl etməyən, o cümlədən başlarını örtməyən tələbələrə bundan sonra təhsil xidmətləri göstərilməyəcəyi bildirilə bəyanat yayıb.

Nazirlik əlavə edib ki, aprelin 3-də İranda Yeni ildən sonra dərslərin yenidən başlaması ilə məcburi hicaba əməl etməyən qadınlar dərslərə buraxılmayacaq.

Əsas məqsəd "tələbələr arasında İslam mədəniyyəti və inancları mövzusunda müsbət və konstruktiv diskurs yaratmaq, tələbələr arasında iffət və hicab mədəniyyəti haqqında düzgün, müsbət münasibət və gözəl düşüncənin formalaşmasından ibarətdir" deyilib bəyanatda.

Qanuna görə 9 yaşından yuxarı qız və qadınların ictimai yerlərdə baş örtüyü taxmasını tələb edilən İranda ictimai yerlərdə başıaçıq görünmək kimi vətəndaş itaətsizliyi halları artıb.

Son həftələr rəsmilər qadınları hicab qanununa hörmətlə yanaşmağa çağırıb və onu pozanları cəzalandırmaqla hədələyib. Rəsmilər həmçinin sahibkarların və ya menecerlərin İslam qanunlarına və hicab qaydalarına əməl etməməsi səbəbindən biznesləri, restoranları, kafeləri və bəzi hallarda aptekləri bağlayıb.

Ədliyyə naziri Qulamhüseyn Mohseni-Eceyi keçən ay hicab qaydasını pozan qadınların cəzalandırılacağı barədə xəbərdarlıq edərək, baş örtüyünün götürülməsinin "isteblişment və onun dəyərlərinə düşmənçilik" olduğunu deyib.

XS
SM
MD
LG