Accessibility links

İranın islahatçı jurnalı "Səda" bağlanıb


İranın islahatçı jurnalı "Səda" bağlanıb. Jurnalın fəaliyyəti ABŞ-la müzakirələrə səslədiyi üçün dayandırılıb.

Həftəlik dərgi Tehran məhkəməsinin hökmü ilə bağlanıb.

Bu yaxınlarda jurnal ABŞ-ın təyyarədaşıyan gəmisinin rəsmini dərc edərək "Müharibə və sülh ayrıcında" adlı məqalədə ABŞ-la İran arasında yüksək səviyyəli təmasların vacibliyindən yazıb.

İranın sərt-xətt tərəfdarı "Kayhan" qəzeti "Səda"nın məqaləsini tənqid edərək, bunu "Trampın səsi islahatçıların ağzından gəlir" - deyə, yazıb.

İranın yarı-rəsmi Tasnim xəbər agentliyi İnqilab Qvardiyasının generalı Yadulla Cavaniyə istinad edərək bildirib ki, Tehran ABŞ-la müzakirələr keçirməyəcək. Bu bəyanat ABŞ prezidenti Donald Trampın dolayı yolla İran rəsmilərinin ona zəng etməsini bildirməsindən sonra verilib.

ABŞ-ın İrana qarşı hərbi əməliyyata keçməyə cəsarəti yoxdur

Tramp bir neçə dəfə müzakirələrə səsləyib. O, müxbirlərə deyib ki, mən onların mənə zəng etməsini görmək istəyirəm.

Cavani Amerika ilə heç bir müzakirə olmayacağını deməklə yanaşı, ABŞ-ın İrana qarşı hərbi əməliyyata keçməyə cəsarəti olmadığını bildirib.

İranın Amerika hədəflərinə hücum planlaşdırması ehtimalına qarşı ABŞ-ın Abraham Linkoln döyüş təyyarə gəmisi və dörd B-52 bombardmançı qrupu Yaxın Şərq bölgəsinə çatıb.

Birləşmiş Ştatlar Mərkəzi Komandanlığının sözçüsü Amerikanın Səsinə döyüş təyyarə gəmisinin çərşənbə günü, B-52 taktik bombardmançı qrupunun isə regiona Hörmüz körfəzi vasitəsilə cümə axşamı daxil olduğunu bildirib.

Müdafiə rəsmiləri anonim şəkildə bildirib ki, bombardmançılar Qətərin Əl-Udeid hava bazasına yerləşdirilib.

Birləşmiş Ştatların nüvə proqramı ilıə bağlı razılaşmadan çıxmasına baxmayaraq, prezident Donald Tramp çərşənbə günü İrana qarşı əlavə sanksiyalar tətbiq edib. Yeni sanksiyalar polad, alüminium, mis və dəmir istehsalına aiddir. Sənəddə İranın metal istehlakçılarına, həm də onlarla ticarət edənlərə qarşı məhdudiyyətlər nəzərdə tutulub.

ABŞ-ın yeni sanksiyaları İranın nüvə razılaşması çərçivəsində müəyyən öhdəlikləri yerinə yetirilməkdən imtina etməsindən sonra tətbiq edilib.

XS
SM
MD
LG