Accessibility links

ABŞ prezidenti İranın BMT-yə səfir təyin etdiyi şəxsin vəzifəsini yasaqlayan sənədə imza atıb


Səfir Həmid Əbutalebi 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinin ələ keçirilməsində əli olduğunda günahlandırılır

ABŞ prezidenti İranın BMT-yə səfir təyin etdiyi şəxsin vəzifəsini yasaqlayan sənədə imza atıb. Barak Obamanın imzaladığı sənəd ABŞ-ın Milli təhlükəsizliyinə hədə törədən hər bir şəxsin BMT-dəki diplomatik vəzifəsini qadağan edir.

Səfir Həmid Əbutalebi 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinin ələ keçirilməsində əli olduğunda günahlandırılır. O zaman Amerikanın 52 diplomatı 444 gün girov saxlanmışdı.

İranın BMT-dəki missiyası bildirib ki, ABŞ-ın qərarı diplomatiyaya neqativ təsir göstərir və təhlükəli presedentlərə yol açır.

İran BMT-yə səfir təyin edilən şəxsi əvəz etmək niyyətində olmadığını bəyan edib.

Əbutalebi İranın Belçika, Avropa İttifaqı, İtaliya və Avstraliyadakı səfiri vəzifələrində çalışıb. O, İmam xəttinin tərəfdarları tələbələrə yalnız tərcümə və müzakirələrdə yardım etdiyini iddia edir.

Girov böhranından sonra ABŞ-la İran arasında diplomatik əlaqələr kəsilib.
XS
SM
MD
LG