Accessibility links

İran Səudiyyə Ərəbistanının raket hücumu ilə bağlı iddiasını rədd edir


İran Səudiyyə Ərəbistanının vəliəhdinin Yəmən üsyançılarının Səudiyyə Ərəbistanında aeroporta raket atdığı zaman Tehranın Ər-Riyada qarşı “birbaşa hərbi aqressiya” törətdiyinə dair iddiasını rədd edib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə günü Britaniyanın xairi işlər naziri Boris Consonla birgə mətbuat konfransı zamanı Səudiyyə Ərəbistanının iddialarını reallığa zidd və təhlükəli adlandırıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif

Bundan öncə Consonla danışıqlar aparan Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman səudiyyəlilərin şənbə günü kral Xalid aeroportunda raketi zərərsizləşdirməsindən sonra İranı “müharibə aktı” nda ittiham edib.

Səudiyyə Ərəbistanının açıqlaması İran rejiminin beynəlxalq öhdəliklərə məhəl qoymadığını bir daha təsdiq edir
Nikki Heyli

Səudiyyə Ərəbistanı İranı aeroporta hücum etmək məqsədilə Huti üsyançılarını raketlə təmin etməkdə ittiham edib. İran üsyançıları silahlandırdığını rədd edir və hücumla heç bir əlaqəsi olmadığını iddia edir.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel Əl-Cubeyr
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel Əl-Cubeyr

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli İranı BMT-nin Huti üsyançılarını raketlə təmin etməklə bağlı qəbul etdiyi iki qətnaməsini pozmaqda ittiham edib. O deyib ki, Birləşmiş Ştatlar “beynəlxalq qanunun belə ciddi şəkildə pozulmasına göz yummayacaq”.

“Səudiyyə Ərəbistanının açıqlaması İran rejiminin beynəlxalq öhdəliklərə məhəl qoymadığını bir daha təsdiq edir”, Nikki Heyli bildirib.

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli
ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli

Səudiyyə Ərəbistanının başçılığı ilə Huti üsyançılarına qarşı mübarizə aparan koalisiya “İran tərəfindən bu görünməmiş hərbi aqressiyaya cavab vermək hüququna malik olduğunu” bildirib.

“İranın regionda müdaxilələri qonşu ölkələrin təhlükəsizliyinə zərərlidir və beynəlxalq sülh və təhlükəsizliyə təsir göstərir”, Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel Əl-Cubeyr Twitter səhifəsində yazıb.

Səudiyyə Ərəbistanı raket hücumuna cavab olaraq bazar ertəsi günü Yəməndə quruda və suda bütün obyektlər və aeroportları bağlayaraq, Yəmənin blokadasını gücləndirib.

XS
SM
MD
LG