Accessibility links

İranda iş şəraitinin pisləşməsi ilə bağlı etirazlar davam edir


İranda son günlərdə yaşayış və iş şəraiti ilə bağlı iğtişaşlar dalğası fonunda İsfahanın sənaye şəhərciyi Mahmudabadda işçilər üçüncü gündür tətil keçirir. Daş zavodunun 300 mindən çox işçisi hakimiyyətin təhdidlərinə baxmayaraq işə çıxmaqdan imtina edib.

Mənbələr rəsmilərə istinadən bildiriblər ki, İsfahanda tətil qərarını keçən həftə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən həmkarlar ittifaqının lideri çıxışı zamanı elan edib.

İki gündən sonra ittifaqın lideri təziq altında aksiyanı dayandırmağa çağırış etsə də onun müraciətinə məhəl qoyulmayıb və daha çox işçi etiraz əlaməti olaraq bir araya gəlib.

Eyni zamanda, Tehranda yük maşını sürücüləri iyunun 20-də Yol İdarəsinin binası qarşısına toplaşaraq mitinq keçirib. Sosial şəbəkələrdə onlardan bəzilərinin gecəni orada keçirdiyi barədə xəbərlər yayılıb.

Gün ərzində hadisə yerində çox sayda hüquq-mühafizə qüvvələrinin göründüyü bildirilib.

İranda işçilərin etirazları həyat səviyyəsinin aşağı düşməsi, maaşların verilməməsi və sığorta dəstəyinin olmamasına cavab olaraq intensivləşib. Ölkənin əmək qanunvericiliyi müstəqil həmkarlar ittifaqı yaratmaq hüququnu tanımır.

Eyni zamanda, təqaüdçülər və digər qruplar da hökuməti inflyasiyanı sürətləndirməkdə, maaşların artırılması və yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı vədlərini yerinə yetirməməkdə günahlandıraraq, son həftələr iqtisadi şəraitə etiraz edib.

XS
SM
MD
LG