Accessibility links

Qasim Suleymanı: `Əlinizdə nə varsa məhv olacaq`


İranın ərəb dilində nümayiş etdirdiyi Əl-Aləm televiziyası İranın İnqilab Keşikçiləri Qvardiyasının "Qüds Ordusu" korpusunun başçısı, general-mayor Qasim Süleymaninin Birləşmiş Ştatlar prezidenti Donald Trampa müharibə ilə bağlı xəbərdarlıq etdiyini bildirib. Qasım Süleymani ABŞ prezidentinə “əlinizdə nə varsa məhv olacaq”- deyə, bildirib.

Qasim Süleymani “Siz bilirsiniz ki, müharibə hər şeyi məhv edir. Siz müharibəni başlayacaq, biz isə ona son qoyacağıq. Buna görə də siz İran xalqını və respublika prezidentini təhqir edərkən, ehtiyatlı olmalısınız” deyib.

“Siz bizim gücümüzü və assimmmetrik müharibədə bacarığımızı bilirsiniz. Biz hərəkət edəcəyik və bunun üzərində işləyəcəyik” - deyə, ordu başçısı əlavə edib.

ABŞ prezidenti Donald Tramp İran prezidenti Həsən Ruhaniyə bazar günü gecə Twitter-də kəskin mesaj göndərmiş, "bir də heç vaxt Birləşmiş Ştatları təhdid etməyin" deyə, ciddi xəbərdarlıq etmişdi. Əks təqdirdə o, İran İslam Respublikasının bunun ağır nəticələri ilə qarşılaşacağını demişdi.

İran Trampın hədəsini rədd edərək, bunu noyabr ayında keçıriləcək ara seçkiləri öncəsi seçiciləri üçün nəzərdə tutulmuş "psixoloji müharibə" adlandırıb.

ABŞ prezidenti bu mesajı İran prezidenti Həsən Ruhaninin “Cənab Tramp, şirin quyruğu ilə oynamayın” hədəsindən sonra verib. Ruhani deyib ki, İran ABŞ-la müharibə istəmir. Lakin ABŞ anlamalıdır ki, İranla müharibə bütün müharibələrin anasıdır. ABŞ yaxşı bilməlidir ki, İranla sülh bütün sülhlərin anasıdır.

XS
SM
MD
LG