Accessibility links

İran Rusiyaya raket verməkdə ittiham edildiyi üçün 4 Avropa ölkəsinin səfirini çağırıb


Tehranın Ukraynaya qarşı istifadə etmək üçün Rusiyaya qısamənzilli ballistik raketlər göndərməkdə ittiham etdiklərinə görə, İran hökuməti cümə axşamı Britaniya, Fransa, Almaniya və Niderlandın səfirlərini çağırıb.

Dövlətə məxsus İRNA xəbər agentliyi ölkənin Xarici İşlər Nazirliyinin ittihamları kəskin şəkildə pisləmək üçün səfirləri cümə axşamı ayrı-ayrılıqda çağırdığını bildirib.

İRNA-nın bildirdiyinə görə, nazirlik həmçinin Britaniya, Fransa və Almaniyanın İrana qarşı birgə bəyanat yaymasını pisləyib və bunu “qeyri-ənənəvi və qeyri-konstruktiv bəyanat” adlandırıb.

Bu ölkələrin çərşənbə axşamı yayımladığı birgə bəyanatda raketlərin ötürülməsi pislənərək, bunun "həm İran, həm də Rusiya tərəfindən eskalasiya" olduğu deyilib və "Avropa təhlükəsizliyinə birbaşa təhdid" adlandırılıb.

Üç ölkə həmçinin bildirib ki, İrana qarşı yeni sanksiyalar tətbiq ediləcək ki, oraya İranla hava əlaqəsi müqavilələrinin ləğvi də daxildir. Bu, Iran Air-in Britaniya və Avropaya uçuş imkanlarını məhdudlaşdıracaq.

İRNA-nın verdiyi məlumata görə, İran Xarici İşlər Nazirliyi səfirlərə onların bu cür mövqelər tutmaqda israrlı olmasını Qərbin İran xalqına qarşı davam edən düşmənçilik siyasətinin bir hissəsi kimi görünür. Nazirlik belə addımlar "İran İslam Respublikası tərəfindən müvafiq cavabla qarşılanacaq" deyib.

ABŞ dövlət katibi Antoni Blinken bu həftə deyib ki, İran bu cür silahların ötürülməsinin münaqişənin dərinləşməsinə səbəb olacağına dair xəbərdarlıqlara məhəl qoymayıb.

Londona səfəri zamanı Blinken jurnalistlərə onlarla rus hərbçisinin maksimum 120 kilometr uçuş məsafəsinə malik "Fath-360" yaxınmənzilli ballistik raket sistemindən istifadə etmək üçün İranda təlim keçdiyini bildirib.

Forum

XS
SM
MD
LG