Accessibility links

İranın ali dini rəhbəri Seyid Razi Musəvinin dəfn mərasimində cənazə namazı qılıb


İranın ali dini lideri Əli Xameneyi cümə axşamı İnqilab Keşikçiləri Korpusunun (SEPAH) baş müşaviri Seyid Razi Musəvinin dəfn mərasimində cənazə namazı qılıb.

Dövlət televiziyası Xameneyi "bu şəhidin yorulmaz mübarizəsinə ehtiram bəsləyib və onu Allahın mühafizəçiləri ilə yoldaşlığa çağırıb" deyib.

İnqilab Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-mayor Hüseyn Səlaminin dediyinə görə, Musəvi müqavimət cəbhəsinin ən təcrübəli və güclü komandirlərindən biri olub.

Televiziya ilə yayımlanan dəfn mərasimində çıxış edən Səlami "Bizim Seyid Razinin şəhadətinə intiqamımız sionist rejimin aradan götürülməsindən başqa bir şey olmayacaq" deyib.

"Ümid edirəm ki, Allah imkan versə, böyük və şərəfli Fələstin döyüşçüləri bu şər və saxta rejimin coğrafi və siyasi adını tezliklə siləcək" - deyə, o bildirib.

Mərasim iştirakçıları "Amerikaya ölüm! İsrailə ölüm!" şüarları səsləndirib.

Musəvinin cənazəsi Tehranda dəfn edilməzdən əvvəl çərşənbə günü Suriyadan İraqın şiələrin müqəddəs Nəcəf şəhərinə aparılıb.

İsrail ordusunun sözçüsü Musəvinin bazar ertəsi ölümü ilə bağlı şərh verməkdən imtina edib. Lakin o, ölkəsinin müdafiəsi üçün lazım olan hər şeyin edildiyini bildirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG