Accessibility links

İran İnqilabi Qvardiyanın keçmiş komandirinin Suriyada qətlə yetirildiyini təsdiq edib


İran Suriyada İsrail hərbi qüvvələrinin keçirdiyi hava hücumu zamanı bir generalının qətlə yetirildiyini təsdiq edib.

İranın İnqilabi Qvardiyasının keçmiş briqada komandiri, general Məhəmməd Allahdadi hücumu zamanı Livanın şiə Hizbullah qrupunun altı üzvü ilə birlikdə qətlə yetirilib.

İsrail hava hücumunun keçirilməsini hələlik təsdiq etməyib.

İnqilabi Qvardiyanın veb səhifəsində açıqlanmış bəyanatda general Allahdadinin Suriyada prezident Bəşar Əl-Əsəd rejiminə İslam Dövləti qrupuna qarşı mübarizə yolları ilə bağlı məsləhət vermək üçün Suriyada olduğu bildirilir.

Hizbullah qrupunun qətlə yetirilmiş hərbi lideri İmad Muqniyənin oğlu Cihad Miqnuyə də o hava hücumu zamanı ölənlər arasındadır.

İran və Hizbullah bir neçə üsyançı qrup və İslam Dövləti qrupunun yaraqlılarına qarşı qanlı mübarizədə Əsəd rejiminə dəstək verir.

XS
SM
MD
LG