Accessibility links

İranın Suriya sülh konfransına dəvət edilməsi hələ razılaşdırılmayıb


Rusiyanın xarici işlər nazirinin müavini Gennadi Qatilov İranın Suriyada qanlı münaqişəyə son qoymaq məqsədilə keçiriləcək beynəlxalq konfransa dəvət edilməsi məsələsi ilə bağlı hələlik razılığın əldə edilmədiyini deyib. O, regionun nüfuzlu ölkələrinin konfransa dəvət edilməsi ilə bağlı sualların müzakirə edilməsinə ehtiyacın olduğunu bildirib.

Gennadi Qatilov bu açıqlamanı Venerədə BMT-nin və Ərəb Liqasıın Suriya üzrə xüsusi nümayəndəsi Laxdar Brahimi ilə müzakirələrdən sonra verib.

Bundan öncə BMT-nin Baş katibi Ban Ki Mun Suriya sülh konfransının yanvarın 22-də keçiriləcəyini elan edib. BMT-nin Cenevrədə keçirilməsi nəzərdə tutulan konfransla əlaqədar bəyanatında iştirakçılarla bağlı detallar açıqlanmayıb, lakin cənab Banın bütün regional və beynəlxalq tərəfdaşların konstruktiv danışıqlara dəstək verdiyi bildirilib.
XS
SM
MD
LG