Accessibility links

İran Suriyada fəallığını artırıb


Several images taken by the Hubble Space Telescope in order to help identify key stellar distance markers known as Cepheid variable stars (Hubble Legacy Archive, ESA, NASA)
Several images taken by the Hubble Space Telescope in order to help identify key stellar distance markers known as Cepheid variable stars (Hubble Legacy Archive, ESA, NASA)
Bu yaxınlarda Səudiyyə Ərəbistanının Məkkə sammitində İslam Əməkdaşlıq Təşkilatının 57 üzvü kütləvi qırğınlar və qeyri-insani əməllərinə görə Suriyanı qurumdan xaric edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland bildirib ki, bu addım Əsəd rejiminin təcridi və demokratiya sorağında olan Suriya xaqlqına dəstəyi nümayiş etdirir.

Lakin Suriyanın yaxın müttəfiqi İran Suriyanın İslam Əməkdaşlıq Təşkilatından çıxarılmasını ədalətsizlik kimi qitmətləndirib. Suriya hökumətini dəstəkləyən İran rejimin xalqına qarşı 18 aylıq qəddarlığına göz yumur. İranın dəstəyi diplomatiya və ritorikalardan da kənara çıxır.

ABŞ Hərbi Qərargahlar İdarəsinin rəhbəri, general Martin Dempsi Amerikanın müdafiə naziri Leon Panetta ilə keçirilən brifinqdə İran rejiminin Suriyada fəaliyyətlərini artırdığını deyib. “İran Suriyada bir sıra sahələrdə fəallığını artırıb. O, Suriyanı hərbi treyninqlərlə təmin edir, Suriya daxilində rejim adından döyüşlərə qoşulmaq üçün silahlı qruplaşmaların yaradılmasına yardım edir. Biz İranın artmaqda olan mövcüdluğunun şahidi oluruq.”

Genaral Dempsi deyib ki, Əsəd hökumətinin əməlləri hərbi qüvvələrə mənfi təsir göstərir.
”Məhz buna görə İran silahlı qruplaşmaların yaradılmasına yardım edir.İran qüvvələr üzərindəki təzyiqləri azaltmağa çalışır.”

Amerikanın müdafiə naziri Leon Panetta bildirib ki, İran Suriyada daha artıq tələfata yol açmaqla, Əsəd rejimini möhkəmləndirməyə can atır. Panetta deyib ki, biz İranın Suriyanın gələcəyini təhlükəyə salmasının qarşısını almalıyıq. O, ölkənin müqəddəratının İran deyil, Suriya xalqının həll etməsinin cavibliyini vurğulayıb.
XS
SM
MD
LG