Accessibility links

İran tankeri ələ keçirilib


Britaniya ərazisi olan Cəbəllütariqdə Avropa İttifaqının sanksiyalarını pozaraq, Suriyaya xam neft nəqlində şübhəli bilinən İran tankeri ələ keçirilib.

Amerika Birləşmiş Ştatlarının tankerin ələ keçirilməsini tələb etdiyini təsdiq etməyib, amma milli təhlükəsizlik məsələri üzrə müşavir Con Bolton ABŞ və onun müttəfiqlərinin Suriyanı və İranı "bu qanunsuz ticarətdən mənfəət əldə edilməsinə" mane olmaqda davam edəcəklərini söyləyib.

Cəbəllütariq səlahiyyətliləri iyulun 4-də Britaniya Kral Dəniz Qüvvələrinin dəstəyi ilə Cəbəllütariqdən dörd kilometrlik məsafədə Aralıq dənizinin İngiltərə və İspaniyaya aid sularda “1 Grace” tankerini ələ keçirib.

İran Böyük Britaniyanın Tehrandakı səfirini çağıraraq “mülkiyyətinin qeyri-qanuni ələ keçirildiyi və bunun qəbuledilməz olduğu ilə bağlı sərt etirazını" bildirib.

İran Suriya prezidenti Bəşər Əsədin onu devirməyə çalışan çox saylı üsyançı qüvvəyə qarşı mübarizəsini dayandırmaq səylərini dəstəkləyir.

Avropa İttifaqı və ABŞ Suriyaya sanksiyalar tətbiq edib. ABŞ 2015-ci il nüvə razılaşmasından çıxdıqdan sonra prezident Donald Tramp İranın neft ixracına sanksiya tətbiq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG