Accessibility links

İran neft tankerinin buraxılmasına qərar verilib


Cəbəllütariqdən alınan ən son məlumatlarda deyilir ki, ABŞ-ın saxlanma barədə müraciətinə baxmayaraq, bu ərazidə həbs edilmiş İran neft tankerinin buraxılması üçün qərar verilib.

Bundan əvvəl xəbər verilirdi ki, ABŞ-ın müraciətindən sonra Cəbəllütariqin azad etməyə hazırlaşdığı İran tankerinin taleyi naməlum qalır.

Cəbəllütariq hökuməti avqustun 15-də bu barədə verdiyi bəyanatda bildirir ki, “ABŞ-ın Ədliyyə Nazirliyi Grace 1 tankerinin saxlanması üçün müraciət edib və hazırda bu məsələyə baxılır”.

Bu da qeyd olunur ki, tankerlə bağlı məsələyə Britaniyanın dəniz ərazisi olan Cəbəllütariqin məhkəməsində baxılacaq.

ABŞ-ın müraciəti İran supertankerinin azad edilməsi barədə qərarın icrasına bir neçə saat qalmış daxil olub.

Chronicle qəzeti xəbər verir ki, ABŞ-ın belə bir müraciəti olmasa idı, İranın supertankeri buraxılacaqdı.

Grace 1 tankerinin saxlanma müddəti avqustun 17-də bitir.

XS
SM
MD
LG