Accessibility links

ABŞ İran tankeri ilə bağlı xəbərdarlıq edir


Birləşmiş Ştatlar Aralıq dənizindəki qurumlara Gibraltar (Cəbəllütariq) tərəfindən azad edildikdən sonra bölgədən keçən İran bayraqlı neft tankeri ilə işləməmək barədə xəbərdarlıq edib.

"Biz öz mövqeyimizi Yunanıstan hökumətinə və bütün Aralıq Dənizi limanlarına aydın etmişik ki, 'Adrian Darya 1' tankerinə xidmət göstərməsinlər," Birləşmiş Ştatların bəyanatında deyilir.

ABŞ Dövət Katibi Mayk Pompeo Cəbəllütariq rəsmilərinin tankeri azad etməsindən məyusluğunu ifadə edib. Fox News telekanalına müsahibədə Pompeo bildirib ki, bu neftin satışı sonda İranın Qüds qüvvələrini maliyyələşdirəcək.

Əgər onlar uğurlu olsalar, onların daha çox pulu, var-dövləti, resursları olacaq ki, terror kampaniyasını, qətl kampaniyasını davam etdirsinlər.
Mayk Pompeo

“Əgər onlar uğurlu olsalar, onların daha çox pulu, var-dövləti, resursları olacaq ki, terror kampaniyasını, qətl kampaniyasını davam etdirsinlər. Bizim dayandırmaq istədiyimiz budur,” Dövlət Katibi bildirib.

Britaniyanın idarəçiliyində olan Gibraltar ərazisinin Ali Məhkəməsinin Suriyaya xam neft çatdırmaq cəhdində şübhəli bilinən gəminin təhvil verilməsi haqda ABŞ-ın müraciətini rədd etməsindən sonra Avropa Birliyinin sanksiyalarını pozduğuna görə Cəbəllütariqdə saxlanılan tankerin Yunanıstan limanına yola çıxdığı bildirilib.

Cəbəllütariqin baş naziri Fabian Pikardo İranın tankerdəki neftin AB-nin Bəşər Əsəd hökumətinə qarşı sanksiyaları ilə qadağan edilmiş bir bölgə olan Suriyaya çatdırılmayacağına dair vəd verdiyini bildirib.

Mayk Pompeo, ABŞ Dövlət Katibi
Mayk Pompeo, ABŞ Dövlət Katibi

İran Xarici İşlər Nazirliyinin sözçüsü bazar ertəsi jurnalistlərə bildirib ki, Tehran rəsmi kanallar vasitəsi ilə ABŞ-a tankeri ələ keçirmək üçün hər hansı yeni cəhd göstərməməsi barədə xəbərdarlıq edib.

Cəbəllütariq baş prokurorluğuna yaxın mənbələr ABŞ-ın tankerin neft tədarükündən əldə edilən gəlirlərin ABŞ Dövlət Departamentinin bu yarxınlarda terrorçu təşkilatlar siyahısına saldığı İran İnqilab Keşikçiləri ilə əlaqəsi olan şirkətlərə getdiyini iddia etdiyini bildirib.

XS
SM
MD
LG