Məcburi hicab qanunlarına etiraz olaraq, Tehranın bir sıra bölgəsində aksiyalar keçirilib. Aylardır hökumətin şəxsi həyatlar müdaxiləsindən narahat olan aksiya iştirakçıları qəzəb nümayiş etdirib.
Mayın 1-də axşam saatlarında paytaxtın Səttarxan, Əryaşəhr, Tehranpars və Göhərdəşt Kərəc rayonlarında vətəndaşların "Zalıma ölüm, Yaşasın zəhmətkeş", "Qadın, Həyat, Azadlıq", "Xameneyiyə ölüm" şüarları səsləndirilən mitinqlər keçirilib.
Oxşar etirazlar İranın mərkəzi İsfahan şəhərində də təşkil edilib. Orada nümayişçilər fəhlələri, siyasi məhbusları və həbsdə olan repçi Tumaj Salehini dəstəkləyən şüarlar səsləndirib.
İsfahan küçələrində yürüş edən nümayişçilər "Yenə gəldik, üsyan davam edir" və "Dindar hökumətin sona çatmasının vaxtıdır" kimi şüarlar bağırıb.
Tehranın qərbindəki Əryəşəhr məhəlləsində etirazçılar İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) qarşı şüarlar səsləndirib və həyat şəraitinin ağırlığından şikayətlənib.
İğtişaşların artması Tehranın ictimai yerlərdə hicabsız görünən qadınları sıxışdırmağa çalışdığı vaxta təsadüf edir.
Tehranın meri Əlireza Zəkaninin dediyinə görə, şəhər hicabsız qadınların metro stansiyaları kimi ictimai nəqliyyata girişinə qadağaya nəzarəti tədricən artırıb.
Bu yaxınlarda o, Şəhər Şurasının toplantısında "Biz bununla bağlı ölkənin qanunlarına uyğun hərəkət edəcəyik" deyib.
Xüsusən də böyük şəhərlərdə olmaqla, bir çox yerli hakimiyyət orqanları hicab qanununun icrasını gücləndirməyə çalışır.
Etirazlar 1979-cu il inqilabından sonra İslam hökuməti üçün ən böyük təhlükə olub.
Çox sayda etirazçı, jurnalist, hüquqşünas, fəal, rəqəmsal hüquq müdafiəçisi olmaqla, minlərlə insan həbs edilib.