Accessibility links

Tehran metrosunda baş verən hadisədən sonra xəstəxanaya yerləşdirilən gənc qızın vəziyyətinin ağır olduğu bildirilir


د
د

Məcburi hicab qanununu pozaraq, başını örtməyən Armita Qaravənd və iki rəfiqəsi Tehran metrosuna daxil olmaq istəyəndə polis əməkdaşları ilə qarşılaşıb.

Zabitlər 16 yaşlı Qaravəndə fiziki təzyiq göstərib. Metronun vaqonuna daxil olduqdan sonra o, huşunu itirib.

Təcili Tehran yaxınlığındakı Fəcr Hərbi Hava Qüvvələri Xəstəxanasına çatdırılan Qaravənd oktyabrın 1-dən komadadır.

İnsan haqları qrupları və jurnalistlər Qəravəndin İranın mübahisəli hicab qanununun vəhşi icrasının son qurbanı olduğunu iddia edir.

Hakimiyyətin ört-basdır etməyə çalışdığı Qaravənd məsələsi ilə keçən il Məhsa Əmininin həbsdə olarkən ölüməsi arasında paralellər aparılıb. Əmininin hicab qanununu pozduğu iddiası ilə həbs olunduqdan dərhal sonra ölüməsi hakimiyyət əleyhinə aylarla davam edən etirazlara səbəb olub.

AzadlıqRadiosunun Fərda Radiosu təhlükəsizlik səbəbi ilə adının açıqlanmasını istəməyən Fəcr Hərbi Hava Qüvvələri Xəstəxanasındakı mənbəyə istinadən bildirib ki, Qaravəndin beynində daxili qanaxma olub və vəziyyəti ağırdır.

"Qaravənd xəstəxanada mühafizə altındadır" deyən mənbə əlavə edib ki, mülki geyimli polis əməkdaşları yeniyetmənin müalicə olunduğu reanimasiya şöbəsinə hec kimi buraxmır.

Rəsmi qurumlar Qaravədin vəziyyəti və onun harada müalicə olunduğu barədə açıqlama verməyib.

İranın rəsmi İRNA xəbər agentliyi Qaravəndin qan təzyiqi aşağı olduğuna görə huşunu itirdiyini və başını metro vaqonunun kənarına vurduğunu iddia edib.

İRNA-nın yayımladığı və montaj edilmiş kimi görünən görüntülərində baş örtüyü olmayan bir qrup qızın vaqona daxil olduğu, qızlardan birinin dərhal geri çəkilərək, yerə uzandığını görmək olub.

Norveçdə yerləşən "Hengaw" insan haqları qrupu oktyabrın 4-də bildirib ki, "təhlükəsizlik orqanları hər hansı məlumatın yayılmasının qarşısını almaq üçün Qaravənd ailəsinə nəzarət edir" və əlavə edib ki, "hökumətin təhlükəsizlik agentləri ailənin bütün üzvlərinin mobil telefonlarını əllərindən alıb".

Əmininin ölümündən sonra İran rejimi hicab qanununun icrasını daha da gücləndirib. Rejim məcburi baş örtüyünə riayət etməyən qadınları on ilədək həbs cəzasına məhkum edən yeni qanun qəbul edib.

Forum

XS
SM
MD
LG