Accessibility links

Viza verilməyən iranlı tələbələr Amerikanın Daxili Təhlükəsizlik Nazirliyinə şikayət ünvanlayıb


Avqust ayından bəri ABŞ-a giriş vizası verilməyən 10 iranlı tələbədən 2-si Amerikanın Daxili Təhlükəsizlik Nazirliyinə şikayət ünvanlayıb. Onlar deportasiyalarını yanlışlıq kimi qiymətləndirib və Boston beynəlxaıq hava limanında federal rəsmilərin pis davranışı ilə üzləşdiklərini bildirib.

İddianı Northeastern Universitetinin tələbəsi Şəbab Dehqani və Harvard Universitetində təhsilə başlayacaq Reyhanə İmami qaldırıb.

Digər bir şikayət Gömrük və Sərhədlərin Mühafizəsi (CBP) agentliyinə göndərilib. Həmin şikayətdə tələbələrə viza verilməməsinin qeyri-qanuni olduğu deyilir.

Yanvarın 30-da iddia qaldıran 35 yaşlı Arandi sentyabrın 18-də nəzarət altına alındığını və 8 saat həyatı, baxışları və hətta Yaxın Şərqdə baş verənlərlə bağlı sorğu-sual edildiyini bildirib.

Dehqaninin vəkilləri onun Bostonda təhsil almaq üçün 3 dəfə viza ilə təmin və yanvar ayında ölkədən deportasiya edildiyini deyib.

Hər iki iddiaçı Amerikaya gələrkən etibarlı vizaya malik olub və ABŞ Dövlət Departamentinin xüsusi yoxlanışından keçib.

Fövqəladə hallar üzrə məhkəmənin Dehqaninin ölkədən çıxarılması qərarını rədd etməsi də federal rəsmilər tərəfindən diqqətə alınmayıb.

CBP qərarın müvəqqəti bloklanmasından xəbərsiz olduğunu bildirib.

Amerikanın Vətəndaş Azadlıqları və Müsəlman Ədalət Liqası kimi vətəndaş hüquqları müdafiəsi qrupları 2017-ci ildən Trampın İran da daxil edilməklə, bir neçə müsəlman ölkəsindən ABŞ-a viza qadağası tətbiq etməsindən sonra iranlıların qəsdən əlavə yoxlanış və dindirilmə obyektinə çevrildiklərini deyir.

O vaxt İran, Liviya, Somali, Suriya və Yəmən, habelə Şimali Koreya və Venesuela vətəndaşlarının Amerikaya səfəri yasaqlanmışdı.

Bu yaxınlarda Tramp administrasiyası Nigeriya, Eritrea, Myanma, Qırğızıstan, Tanzaniya və Sudan vətəndaşlarına səyahət qadağası tətbiq edib.

Yanvar ayında vətəndaş hüquqları müdafiəsi qrupları və ictimai rəsmilər Vaşinqton ştatında qış tətilindən sonra Kanadadan ABŞ-a gələn onlarla iranlı və İran mənşəli amerikalıların saatlarla sorğu-suala çəkilməsi barədə təhqiqata başlayıb.

Təqribən 60 iranlı 10 saat sorğu-suala çəkilib və onların maşın açarları, pasport və telefonlar kimi şəxsi əşyaları müsadirə edilib.

XS
SM
MD
LG