Accessibility links

İran hərbi təlimlərə başlayıb


Noyabrın 7-də İranın dövlət televiziyasının verdiyi məlumata görə, İran illik müharibə oyunlarına başlayıb. Məlumatda strateji Hörmüz boğazının şərqində 1 milyon kvadrat kilometrdən çox ərazidə dəniz və hava qüvvələri bölmələri, eləcə də quru qüvvələrinin iştirak etdiyi bildirilib.

Bütün neftdaşımalarının təxminən 20 faizi boğazdan Oman körfəzinə və Hind okeanına keçir. Təlimdə döyüş təyyarələri, helikopterlər, hərbi nəqliyyat təyyarələri, sualtı qayıqlar və dronların da iştirakı gözlənilirdi.

Məşqin nə qədər davam edəcəyi məlum deyil. Dövlət televiziyası bildirib ki, Zolfaghar-1400 adlandırılan döyüş oyunları “xarici təhdidlərə və istənilən mümkün işğala qarşı hazırlığı artırmaq” məqsədi daşıyır.

Təlim İran və dünya qüdrətləri arasında 2015-ci ildə əldə edilmiş nüvə razılığının canlandırılması səyləri fonunda keçirilir.

Prezident Donald Tramp 2018-ci ildə ABŞ-ı sazişdən çıxararıb. İngiltərə, Fransa, Almaniya, Çin və Rusiya razılaşmanı qorumağa çalışır.

Birgə Hərtərəfli Fəaliyyət Planı və ya JCPOA kimi tanınan nüvə sazişi nüvə proqramına məhdudiyyətlər müqabilində İrana iqtisadi stimullar vəd edir və Tehranın nüvə bombası hazırlamasının qarşısını almaq məqsədi daşıyır.

Prezident Co Bayden İranın tam əməl etdiyi təqdirdə pakta yenidən qoşulmağa hazır olduğunu bildirsə də, Tehran və dünya gücləri arasında aprel ayında Vyanada başlayan dolayı danışıqlar İslam Respublikasına sərtxətt tərəfdarı İbrahim Rəisi seçildikdən sonra iyun ayında dayandırılmışdı.

İran noyabrın 5-də bildirib ki, 60 faiz zənginləşdirilmiş uran ehtiyatını 25 kiloqrama çatdırıb ki, bu da iyunda bildirilən səviyyədən təxminən dörd dəfə çoxdur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG