Accessibility links

İran rejimi nümayişlərə təmkinlə yanaşır


İran hökuməti etiraz aksiyalarına Ərəb baharından dərs alaraq cavab verir.

Belə ki, 2011-ci ildə ərəb hökumətlərinin üsyanlara ağır taktikalarla təsir etməyə çalışdıqdan sonra Misir və Liviyada rejimlər devrilmiş, vətəndaş müharibələri baş qaldırmışdı.

İran da 2011-ci ildə Ərəb baharından ilhamlanan nümayişlərə səhnə olmuşdu. Lakin az sayda polis qüvvəsinin nümayişçilərə öldürücü qüvvədən istifadə etməməsi nümayişlərin dayanmasına yol açmışdı.

İnqilab qvardiyasının komandiri Məhəmməd Əli Cəfəri ərəb ölkələrinin təcrübəsinə əsaslanaraq aksiyaların dayandırılmasına çağırıb.

İran hökuməti nümayişçilərə qarşı kəskin tantikalardan istifadə etdiyi üçün tənqidlərə məruz qalıb.

Lakin belə görünür ki, hökumət bir qədər təmkinli davranır. Eksperlər bunu rejimin mövcudluğuna son qoyulma riski adlandırır.

“Onlar digər yerlərdə baş verənlərdən nəticə çıxararaq, kəskin ölçülərə əl atmır” - deyə, Amerikanın Sahibkarlıq İnstitutunun təhlükəsizlik eksperti Aleks Vatanka bildirib.

O, 2009-cu ildən fərqli olaraq İran rejiminin daha təmkinli olduğunu deyib.

Bu dəfə nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurmalarda 21 nəfər həlak olub. 2009-ci ildə yüzlərlə insan öldürülmüş, minlərlə adam həbs edilmişdi.

XS
SM
MD
LG