Accessibility links

Məhəmməd Müqəddəm: Ölkəni bərbad vəziyyətə salıb günahı İmam Zamanın boynuna yıxırlar


Axund Məhəmməd Müqəddəm
Axund Məhəmməd Müqəddəm

İranda deyirlər ki, ölkədə, dünyada vəziyyət nə qədər pisləşir pisləşsin, qorxusu yoxdur, çünki İmam Zaman tezliklə gəlib hər şeyi yoluna qoyacaq

İran İslam Respublikasının qurucusu ayətullah Xomeyninin əsərlərinin nəşri ilə məşğul olan qurumun rəsmisi axund Məhəmməd Müqəddəm bəzi ruhanilərin öz maddi maraqları naminə dindən sui-istifadə etdiyini deyib.

“Media forum” saytının məlumatına görə, axund Məhəmməd Müqəddəm jurnalistlərə açıqlamasında bildirib: “Təəssüflər olsun ki, biz dinin içini, mahiyyətini bir qırağa atıb onun yalnız qabığını saxlamışıq. Bəziləri ölkəni və onun idarəçiliyini bərbad vəziyyətə salıblar, bunun günahını isə İmam Zamanın (şiə inamına görə, qeybdə olan və yenidən gəlib bəşəriyyəti xilas edəcək 12-ci imam Həzrət Mehdi – red.) boynuna yıxırlar. Onlar, o sıradan da “Höccətiyə” kimi dini qurumlar İmam Zamanın adı altında özlərinə dükan-bazar açıblar və deyirlər ki, ölkədə, dünyada vəziyyət nə qədər pisləşir pisləşsin, qorxusu yoxdur, çünki İmam Zaman tezliklə gəlib hər şeyi yoluna qoyacaq.

Onlar hətta oturub İmam Zamanın gəlişinin tarixini də müzakirə edir, bunun üçün vaxt təyin edirlər. Halbuki rəvayətə görə, məsum imamlar bildiriblər: kim desə ki, İmam Zaman filan vaxt gələcək, o şəxs yalançı və hoqqabazdır”.
XS
SM
MD
LG