İranın İnqilab Keşikçiləri Korpusunun komandiri deyib ki, Birləşmiş Ştatlar və müttəfiqləri Qəzzada “cinayət” törətməkdə davam etsə, Araliq Dənizi bağlana bilər, amma bunu necə edəcəyini izah etməyib.
İran İsrailə qarşı HƏMAS- dəstəkləyir və Birləşmiş Ştatları Qəzzada İsrailin cinayətlərini dəstəkləməkdə günahlandırır. Orada həftələrdir davam edən bombardman nəticəsində minlərlə insan ölüb, əhalinin çoxu evlərindən didərgin düşüb.
“Onlar yaxında Aralıq dənizinin, Cəbəllüttariq boğazının və başqa su yollarının bağlanmasını gözləməlidir” deyə, Tasnim İnqilab Keşikçiləri Korpusunun əlaqələndirici komandiri Briqada generalı Məhəmməd Rza Nəqdidən sitat gətirib.
Yəmənin İranla əlaqəsi olan husi qrupu son ayda İsrailin Qəzzaya hücumuna cavab olaraq Qırmızı dənizdən keçən ticarət gəmilərinə hücumlar edib və bu da bəzi gəmiçilik şirkətlərinin yollarını dəyişmələrinə səbəb olub.
Ağ Ev cümə günü bildirib ki, İran Qırmız dənizdə ticarət gəmilərinə qarşı əməliyyatların planlaşdırılmasında “dərindən iştirak edir.” İranın Aralıq dənizinə birbaşa çıxışı yoxdur və İnqilab Keçikçilərinin onu necə bağlamağa çalışacaqları aydın deyil, baxmayaraq ki, Nəqdi “yeni müqavimət güclərinin doğulmasından və digər su yollarının bağlanmasından” bəhs edib.
“Dünən Fars körfəzi və Hörmüz boğazı onlar üçün kabusa çevrildi və bu gün onlar... Qırmızı dənizdə ilişib qalıblar,” Nəqdi bildirib.
İranın Aralıq dənizində dəstəklədiyi yeganə qruplar Livanın Hizbullah qrupu və dənizin Cəbəllütariqdən ən uzaq tərəfində yerləşən Suriyadakı müttəfiq yarı-hərbi dəstələrdir.
Forum