Accessibility links

İran Ali Məhkəməsi etirazçının edam hökmü ilə bağlı apellyasiya şikayətini qəbul edib


İranda etirazlar. 27 oktyabr, 2022.
İranda etirazlar. 27 oktyabr, 2022.

İranın Ali Məhkəməsi bir etirazçının hökumət əleyhinə etirazlar zamanı ictimai mülkiyyətə ziyan vurmaq ittihamı ilə aldığı ölüm cəzası ilə bağlı apellyasiya şikayətini qəbul edib və təkrar nəzərdən keçirilməsi üçün geri göndərib. Bu barədə məhkəmə şənbə günü məlumat verib.

25 yaşlı Nur Məhəmmədzadə oktyabrın 4-də saxlanılıb və iki ay sonra, iddiaya görə Tehranda magistral yol qoruyucusunu sındırmağa cəhd etdiyinə və zibil qutusunu yandırdığına görə “Allaha qarşı müharibə aparmaq” ittihamı ilə ölüm cəzasına məhkum edilib.

O, ittihamları rədd edib və təqsirli olduğunu etiraf etməyə məcbur edildiyini deyib və iki həftə öncə aclıq aksiyasına başlayıb.

İran indiyədək sentyabr ayında ölkənin əxlaq polisi tərəfindən İslam Respublikasının qadınlara tətbiq etdiyi sərt geyim kodunu pozduğuna görə sqxlanılan iranlı kürd qadın Məhsa Əminin polis nəzarətində ikən ölümündən sonra baş qaldıran etirazlarla əlaqədar artıq iki nəfəri edam edib.

Amnesty International bildirib ki, İran səlahiyyətliləri etirazçıları qorxutmaq məqsədilə əlavə ən azı 26 nəfərə edam cəzasının verilməsini tələv edir.

İran rəsmiləri iğtişaşların təşkilində İranın xarici düşmənlərini və onların agentlərini günahlandırıb.

“Ali Məhkəmə yaxınlarda baş verən üsyanda ittiham olunanlardan biri olan Sahand Nur Məhəmmədzadənin şikayətini qəbul edib. Onun işi yenidən nəzərdən keçirilməsi üçün İnqilab Məhkəməsinin eyni qoluna göndərilib,” məhkəmənin Mizan xəbər agentliyi Twitter-də bildirib.

Ali Məhkəmə ötən həftə repçi Saman Seydi Yasinin şikayətini qəbul edib, amma Məhəmməd Qabadluya verilən eyni cəzanı təsdiqləyib.

Bu ayın əvvəlində isə məhkəmə təhlükəsizlik qüvvəsinin zabitini bıçaqlamaq və motosikleti yandırmaq daxil olmaqla müxtəlif ittihamlar irəli sürülən etirazçı Mahan Sadratın edam cəzasını ləğv edib.

İran bu ayın əvvəli iki etirazçını asıb. Onlar sentybar ayında əsas yolu blok etmək və Basic qüvvəsinin üzvünü bıçaqla yaralamaqda ittiham olunan 23 yaşlı Mohsen Şekari və iki Bəsic üzvünü bıçaqlayaraq öldürməkdə ittiham olunan 23 yaşlı Məci Rza Rəhanavarddır.

Rəhnavard ictimai şəkildə inşaat kranından asılıb.

İnsan hüquqları qrupu HRANA bildirib ki, cümə gününə olan məlumata görə, 508 etirazçı öldürülüb, onlardan 69-u azyaşlıdır. Qrup bildirib ki, təhlükəsizlik qüvvələrinin də 66 üzvü öldürülüb. HRANA-nın məlumatına əsasən, 19199 etirazçının həbs olunduğu güman edilir.

İran rəsmiləri, təhlükəsizlik qüvvələrinin üzvləri daxil olmaqla, 300 nəfərin öldüyünü bildirir.

XS
SM
MD
LG