Accessibility links

Tramp İranın nüvə proqramı ilə bağlı sazişin nəzərdən keçirilməsinə göstəriş verib


ABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp

Birləşmiş Ştatlar prezidenti Donald Tramp Milli Təhlükəsizlik Şurasına İranın nüvə proqramı ilə bağlı beynəlxalq sazişi nəzərdən keçirməyə və bu ölkəyə qarşı qoyulan sanksiyaların ləğvinin ABŞ-ın milli təhlükəsizlik maraqlarına təsirini qiymətləndirməsinə dair göstəriş verib.

Dövlət katibi Reks Tillerson bu məsələ ilə bağlı məlumatı Nümayəndələr Palatasının spikeri Pol Rayana çərşənbə axşam verib.

Tillerson spikerə İranın 2015-ci ildə Birləşmiş Ştatlar, Britaniya, Fransa, Çin, Rusiya və Almaniyanın iştirak etdiyi danışıqlardan sonra qəbul edilən "Birgə Hərtərəfli Fəaliyyət Planı" adlı öhdəliyə əməl etdiyini bildirib.

ABŞ dövlət katibi Reks Tillerson
ABŞ dövlət katibi Reks Tillerson

"Amma buna baxmayaraq, İran bir sıra platformalar və vasitələrlə terrorizmi dəstəkləyən başlıca dövlət olaraq qalır"-deyə Tillerson qeyd edib.

"Birgə Hərtərəfli Fəaliyyət Planı"nda əsas diqqət İranın nüvə proqramı və ölkənin nüvə silahları istehsalı üzərində işlədiyinə dair iddialara yönəldilibə İran hökuməti dəfələrlə bu iddiaları rədd dib.

İran bir sıra platformalar və vasitələrlə terrorizmi dəstəkləyən başlıca dövlət olaraq qalır
Reks Tillerson

BMT və Amerika Birləşmiş Ştatları kimi də ayrı-ayrı ölkələr İranın nüvə silahı ambisiyalarına son qoyması məqsədilə Tehrana qarşı iqtisadi sanksiyalar tətbiq edib.

Birləşmiş Ştatların İrana qarşı kəskin iqtisadi sanksiyaların tətbiq edilməsinə yol açan beynəlxalq səylər İranın qlobal neft bazarlarına çıxışını məhdudlaşdırıb. Sanksiyalar İslam rejiminin nüvə silahı əldə etməsi səylərini əngəlləmək mahiyyəti daşıyır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG