Accessibility links

İranda turizmin inkişafı perspektivləri [Video]


İranda turizmin inkişafı perspektivləri
please wait

No media source currently available

0:00 0:02:25 0:00

İranda turizmin inkişafı perspektivləri

Sanksiyaların ləğvi turizmi inkişaf etdirə bilər

İran və dünyanın altı qüdrəti arasında əldə olunan razılıq əsasında İrana qarşı tətbiq olunan sankisyalar gələn il aradan qaldırılmalıdır. İranlılar isə ümid edir ki, səyahət qadağalarının ləğvi beynəlxalq turistlərin axınına səbəb olacaq. Səhayət agentlikləri isə artıq tələbatın artdığını deyirlər.

Əlbəttə ki, bizim İranda yaşadığımız çətinliklər turist sənayesinə ziyan vurub, o mənada ki, insanlar bura gəlməkdən qorxurlar

Tur şirkətləri İranı Yaxın Şərqin kəşfedilməmiş cövhəri kimi dəyərləndirir. Oranın gözəl arxitekturası, nəfəs kəsən mənzərələri və istiqanlı insanları var.

Amma ölkənin 1979-cu ildə baş verən İslam İnqilabından sonra təcrid olunması nəticəsində Qərbdən gələn turistlərin sayı azalıb. Son rəqəmlərə əsasən 2013-cü ildə Şimali Amerika və Avropadan sadəcə 90 min nəfər İranı ziyarət edib.

“Əlbəttə ki, bizim İranda yaşadığımız çətinliklər turist sənayesinə ziyan vurub, o mənada ki, insanlar bura gəlməkdən qorxurlar. Ancaq o insanlar ki, bu qorxuları aşıb risk alaraq İranı ziyarət ediblər, onlar heç vaxt peşman olmayıblar.”

Bu həftə İranın Londondakı səfirliyi açılıb. İyul ayında İranın nüvə proqramı üzərində Tehran və dünyanın altı qüdrəti arasında əldə olunan razılıq nəticəsində bəzi səyahət qadağaları artıq yüngülləşdirilir. Britaniyalı səyahət agentliyi tələbatın artdığını müşahidə edib.

“İranın nüvə razılığından bəri iki şey baş verib. İlk olaraq, Birləşmiş Krallığın xarici işlər nazirliyi İrana səfərlə bağlı məsləhətlərində dəyişiklik edib. Bu isə inanlar üçün sığorta əldə etməyi və gidər məsələləri asanlaşdırıb. Təkcə bu il payızda İrana artan səfər tələbini qarşılamaq üçün biz 3 yeni tur açmışıq.”

Britaniyalı səyahətçi Baqzi His-Braun bu turlardan birinə qatılacaq.

“Biz ilk turlardan birinə qoşulmağa və dünyanın digər yerlərindən insanlara ora axın etmədən əvvəl iranı gəzib, insanlarını görmək qərarına gəldik.”

İndi ki, İranın xarici imici dəyişməyə başlayıb, düşünürəm ki, bu, İran iqtisadiyyatına böyük imkan yaradır

İran 2025-ci ilədək hər il 20 milyon turisti cəlb edərək 30 milyard gəlir əldə etmək istədiyini deyir.

“İndi ki, İranın xarici imici dəyişməyə başlayıb, düşünürəm ki, bu, İran iqtisadiyyatına böyük imkan yaradır.”

Tur agentlikləri çox insanlar üçün viza almağın hələ də böyük problem olduğunu deyir. Eyni zamanda İranın banklarına qarşı beynəlxalq sanskiyalar tətbiq olunduğu üçün bank əməliyyatları nağd pulla edilməlidir.

XS
SM
MD
LG