Accessibility links

Iran prezidenti gələn həftə Türkiyəyə səfər edəcək


Iran prezidenti gələn həftə Türkiyəyə səfər edəcək
Iran prezidenti gələn həftə Türkiyəyə səfər edəcək

Iran prezidenti Mahmud Əhmədinejad Türkiyə, İran, Pakistan, Əfqanıstan və Mərkəzi Asiya ölkələrinin daxil olduğu İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında iştirak etmək üçün gələn həftə İstanbula sfər edəcək. Cənab Əhmədinejadın toplantıda görüşlər çərçivəsində Türkiyə rəsmilərilə görüşəcəyi və iki ölkə arasında daha dərin iqtisadi münasibətlər qurulmasını müzakirə edəcəyi gözlənilir.

İran və Türkiyə oktyabr ayında ticarət, kənd təsərrüfatı, təhsil, bank və gömrük sahələrində əməkdaşlığa dair bir sıra müqavilələr imzalayıb. Səfər zamanı İran prezidentini İranın xarici işlər naziri vəzifəsini icra edən əli Əkbər Salehi müşayiət edəcək.

XS
SM
MD
LG