Türkiyə prezidenti İrana aydın edib ki, Yaxın Şərqdə hakim mövqe tutmasına imkan verməyəcək. Bu xəbərdarlıq qonşu ölkədəki məzhəblərarası qarşıdurmaların Türkiyənin daxilində narahatlıqlara səbəb olduğu bir vaxta təsadüf edir. Müşahidəçilər qonşularının çoxu ilə münasibətlərinin gərgin olduğu Türkiyənin son zamanlar yürütdüyü siyasətin riskli ola biləcəyi barədə xəbərdarlıq edir.
Bazar ertəsi etdiyi çıxışında Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan hadisələri yaxından izlədiyini və Yəmənə müdaxilə edənlərin kənara çəkilməli olduqlarını dedi. Keçən həftənin cümə axşamı da cənab Ərdoğan Tehranın Yəməndə hərbi qüvvələri olduğunu deyərək, Türkiyənin İranın Yaxın Şərqdə dominantlıq etməsinə imkan verməyəcəyini dedi.
İstanbulun Süleyman Şah Universitetindən siyasi araşdırmaçı Çengiz Aktar Ərdoğanın şərhlərinin siyasətdə böyük dəyişikliklərə gətirib çıxara biləcəyini deyir. “Bu, çox, çox yeni bir siyasətdir. Türkiyənin İrana bu cür xəbərdarlıqları, İranı bilavasitə düşməni kimi görməsi deməkdir. Bu, Səudiyyəyə və Əmirliklərə daha çox yaxınlaşmaq və regiondakı Sünni Alyansına qoşulmağa doğru irəliləmək deməkdir.”
Ankara Yəməndəki Huti döyüşçülərə qarşı hücumlar həyata keçirən Səudiyyə Ərəbistanının başçılıq etdiyi əməliyyatlara kəşfiyyat sahəsində və maddi-texniki yardım göstərəcəyini bəyan edib. Səudiyyə Ərəbistanı İranı hutilərə yardım etməkdə ittiham etsə də, İran bunu inkar edir. Səudiyyə kralı Fəhd vəfat edəndən sonra Türkiyə prezidenti krallığa iki dəfə səfər edib. Bu, gərgin münasibətləri aradan qaldırmaq səbəbindən atılan addım kimi qiymətləndirilir.
Müşahidəçilər deyirlər ki, yeni kral Abdullanın Bəşar Əsədə qarşı mövqeyi sərtləşdirməsi və Tehranla açıq qarşıdurmaya getməsi Riyadla Ankaranı yaxınlaşdırıb.
Bu, çox, çox yeni bir siyasətdir. Türkiyənin İrana bu cür xəbərdarlıqları, İranı bilavasitə düşməni kimi görməsi deməkdir.
Cənab Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyası (AKP) sünni yönümlüdür və sabiq səfir, Türkiyə-Asiya Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Murat Bilhan Ankaranın regiondakı vəziyyətə sünni-şiə prizmasından baxdığını deyir. “Türkiyə rəhbərliyi İranı hədə kimi görür və qərarlarını buna uyğun verir. Bu da ona görədir ki, Türkiyənin ətrafı şiələrdən ibarətdir.”
Müşahidəçilərin fikrincə Türkiyə-İran münasibətlərində gərginliyə səbəb Tehranın Suriya hökumətini dəstəkləməsi və İranın qonşu İraqda nüfuzunun artmasıdır. İndiyə qədər isə bu iki ölkə aralarındakı ticari əlaqələri yaxşılaşdırmağa çalışıb və bu, Ərdoğanın aprel ayında İrana səfərindən də asılıdır.
Lakin İstanbul universitetindən siyasi təhlilçi Huray Mərt deyir ki, ikitərəfli münasibətlərin ənənəvi və rəqabət xarakteri daşıdığı bir vaxt Tehran Ankaranın atacağı addımlardan narahatdır. “Hazırda İran Türkiyəni ən böyük problem kimi görür, hətta XVI əsrdə Səfəvilər və Osmanlılar arasındakı “Çaldıran” döyüşünü yada salır. İranlılar hesab edir ki, Türkiyə sünni təəssübkeşliyi çəkir.
Hazırda isə Ankaranın cənub qonşuları ilə diplomatic münasibətləri gərgin, Qərblə isə etibarsızlıq şəraitindədir. Buna baxmayaraq cənab Ərdoğan Türkiyənin bir dövlət kimi mənəvi dəyərlərin fövqündə olduğunu deyir.