Accessibility links

İran və Türkiyə İsrail-HƏMAS müharibəsinin yayılmasının qarşısını almaq üçün görüşə çağırıb


Türkiyə və İran çərşənbə günü İsrail-HƏMAS müharibəsinin genişlənməsinin qarşısını almaq üçün regional konfrans keçirilməsinə çağırıb.

İranın baş diplomatının Qətərdə HƏMAS liderləri ilə görüşündən bir gün sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmirabdullahyanla görüşüb.

İran bölgədə dəstəklədiyi silahlı qruplaşmaların HƏMAS-a qarşı müharibə fonunda İsrailə hücum edə biləcəyi barədə xəbərdarlıq edib.

Fidanın dediyinə görə, Türkiyə dərhal atəşkəsə nail olmağa çalışır. O, "münaqişə birdəfəlik həlli olmadan bu zorakılıq dairəsinin böyüyəcəyini proqnozlaşdırmaq çətin deyil" deyib.

"Biz Qəzzada baş verən insan faciəsinin bölgə ölkələrinə təsir edəcəyini və müharibəyə çevrilməsini istəmirik" - deyə, Fidan bildirib.

İranın xarici işlər naziri "şərtlər dəyişməzsə, bölgədəki digər silahlı ünsürlərin də münaqişəyə müdaxilə edə biləcəyinə dair güclü əlamətlər var. Atəşkəs və sülh çox vacibdir" deyib.

Amirabdollahian deyib ki, "müsəlman və ərəb" ölkələrinin iştirak edəcəyi sülh konfransı "mümkün qədər tez" keçirilməlidir.

İranlı nazir daha sonra Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

İran Xarici İşlər Nazirliyi açıqlamasında Əmirabdullahianın "Qəzzənin müdafiəsiz xalqına qarşı müharibə dərhal dayandırılmasa, bölgədə hər an müharibə və qarşıdurmanın miqyasının genişlənməsi riski var" dediyini bildirib.

İsrail rəsmilərinin bildirdiyinə görə, Qəzza zolağına zərbələri HƏMAS silahlılarının oktyabrın 7-də sərhədi keçərək, əksəriyyəti mülki şəxslər olmaqla, 1400-dən çox insanı öldürməsindən sonra endirir.

HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyinin bildirdiyinə görə, bombardman kampaniyası 8796-dan çox insanın ölümünə səbəb olub ki, onlardan üçdə ikisi qadın və uşaqlardır.

Forum

XS
SM
MD
LG