Accessibility links

Türkiyə İran təyyarəsində hərbi sursat aşkar edildiyini bildirir


Türkiyə İran təyyarəsində hərbi sursat aşkar edildiyini bildirir
Türkiyə İran təyyarəsində hərbi sursat aşkar edildiyini bildirir

Türkiyə mətbuatı rəsmiləri bildirir ki, Suriyaya uçan İranın yükdaşıyan təyyarəsinin yoxlanışı zamanı silah və hərbi sursat aşkar edilib. “Milliyyət” qəzetinin verdiyi məlumata görə, yükdaşıyan təyyarədə raket qurğuları, minomyotlar, tüfənglər, partlayıcı maddələr və hərbi sursat tapılıb. Bu, BMT-nin İrandan silah ixracına qoyduğu qadağanın pozulmasıdır. Türk rəsmiləri təyyarəni silah daşıya bilməsindən şübhələnərək, bazar günü onun enməsini tələb ediblər. Türk rəsmiləri yüklə bağlı mətbuat üçün şərh verməyib. İran hələlik məsələ ilə bağlı mövqe bildirməyib.

XS
SM
MD
LG